“Avatar”ın növbəti iki filmi bu tarixlərdə yayımlanacaq
28 Noyabr 2026, 02:18
Qaynar xətt:
(+99450) 247 90 86
DÜNYA
513
19.02.2024, 21:44
Avropa İttifaqı (Aİ) Komissiyası “TikTok” sosial media platformasının Rəqəmsal Xidmətlər Qanununun (DSA) qaydalarını pozduğunu müəyyən etmək üçün rəsmi araşdırmaya başlayıb.
Oxu24.com xəbər verir ki, Aİ Komissiyasının verdiyi açıqlamaya görə, TikTok-un “uşaqların müdafiəsi, şəffaf reklam, tədqiqatçılar üçün məlumatların əldə edilməsi və platformanın asılılıq yaradan dizaynı və zərərli məzmun riskləri” ilə bağlı DSA qaydalarını pozub-pozmadığı qiymətləndiriləcək.
Rəsmi araşdırma TikTok-un 2023-cü ilin sentyabrında Komissiyaya təqdim etdiyi hesabata və məlumat sorğularına verilən cavablardan sonra aparılan ilkin araşdırmadan sonra başlayıb.
Açıqlamada, həyata keçirilən digər tədbirlərin, xüsusən də TikTok-un yetkinlik yaşına çatmayanların uyğun olmayan məzmuna daxil olmasının qarşısını almaq üçün istifadə etdiyi yaş yoxlama sisteminin "kafi, uyğun və təsirli olmadığı" şübhəsinin olduğu vurğulanıb.
İstintaq həmçinin platformanın yetkinlik yaşına çatmayanların məxfiliyini və təhlükəsizliyini yüksək səviyyədə təmin etmək üçün adekvat və mütənasib tədbirlər görüb-görmədiyini araşdıracaq.
Bundan əlavə, platformanın, o cümlədən alqoritmlərin asılılıq yaradan dizaynının uşaq hüquqlarının qorunmasına, insanın fiziki və psixi sağlamlığına mənfi təsirləri və radikallaşmaya təsiri araşdırılacaq.
Bunlardan başqa, araşdırmanın digər məqamlarına sosial media platformasındakı reklamların DSA-ya uyğunluğu və tədqiqatçılara platformanın ictimai məlumatlarına çıxışın təmin edilməsində “şübhəli çatışmazlıqlar” daxildir.
2023-cü ilin avqustunda qüvvəyə minən Aİ qanunu əsas rəqəmsal platformalara sərt qaydalar gətirdi.
Aİ qaydaları pozan rəqəmsal platformalara qlobal dövriyyəsinin 6 faizinə qədər cərimə tətbiq edə bilər. Təkrar pozuntular halında, bu rəqəmsal platformaların Aİ-də fəaliyyətinə xitam verilə bilər.
Nigar
13:02 / 28 Noyabr 2026
1
12:56 / 28 Noyabr 2026
43
12:43 / 28 Noyabr 2026
149
12:12 / 28 Noyabr 2026
635
12:05 / 28 Noyabr 2026
83
11:50 / 28 Noyabr 2026
109
11:21 / 28 Noyabr 2026
125
11:13 / 28 Noyabr 2026
114
10:46 / 28 Noyabr 2026
207
10:39 / 28 Noyabr 2026
323
10:29 / 28 Noyabr 2026
129
10:25 / 28 Noyabr 2026
290
10:18 / 28 Noyabr 2026
130
10:10 / 28 Noyabr 2026
129
09:37 / 28 Noyabr 2026
451
09:26 / 28 Noyabr 2026
142
09:24 / 28 Noyabr 2026
135
02:18 / 28 Noyabr 2026
257
01:49 / 28 Noyabr 2026
254
01:11 / 28 Noyabr 2026
248
23:59 / 27 Noyabr 2026
260
23:54 / 27 Noyabr 2026
274
23:40 / 27 Noyabr 2026
266
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.