Xəzərin suyunu içməli suya çevirəcək zavod bu şəhərdə tikiləcək - DETALLAR
29 Noyabr 2026, 10:25
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
385
12.12.2023, 13:10
Dövlət Xidmətində Ümummilli Liderə həsr olunan tədbir keçirilib
Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətində (SHXÇDX) ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr olunmuş tədbir keçirilib. SHXÇDX-nin rəhbər heyəti, Aparatın və Bakı qarnizonunda yerləşən struktur bölmələrin hərbi qulluqçuları Fəxri xiyabanda ulu öndər Heydər Əliyevin məzarını ziyarət ediblər. Həmçinin görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın da məzarı ziyarət olunub, üzərinə çiçəklər düzülüb.
Dövlət Xidmətinin rəisi Mürsəl İbrahimovun və Xidmətin Aparatının şəxsi heyətinin iştirakı ilə keçirilən tədbir Ulu Öndərin xatirəsinin bir dəqiqəlik sükutla yad olunması ilə başlayıb.
Mərasimdə çıxış edən Azərbaycan Milli Elmlər Akademiyasının Bakıxanov adına Tarix İnstitutunun Əliyevşünaslıq şöbəsinin müdiri, tarix elmləri doktoru Ədalət Qasımov Azərbaycan xalqının Ümummilli Lideri, görkəmli siyasi xadim Heydər Əliyevin çoxəsrlik dövlətçilik tariximizdə misilsiz xidmətlərə imza atdığını bildirib. Bütün fəaliyyətini Azərbaycana həsr etmiş Ulu Öndərin ötən əsrin sonlarında xalqın tələbi ilə siyasi hakimiyyətə qayıdışından sonra beynəlxalq normalara əsaslanan demokratik, hüquqi dövlət quruculuğu prosesini uğurla həyata keçirməklə yanaşı ölkəmizin gələcək inkişaf strategiyasını da müəyyənləşdirdiyini qeyd edib. Cəmiyyəti respublikamızın müstəqilliyi və ərazi bütövlüyünün bərpası uğrunda birləşdirməyə nail olan Ümummilli Liderin hərbi sahəyə önəm verdiyini, müasir ordu quruculuğu prosesinin əsasını qoyduğunu diqqətə çatdırıb.
İşğal altında olan torpaqlarımızın Vətən müharibəsində qəhrəman Azərbaycan Silahlı Qüvvələri tərəfindən azad edilməsinin Ulu Öndərin siyasi kursunu layiqincə davam və inkişaf etdirən Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin sərkərdəlik məharəti, siyasi qətiyyəti sayəsində reallaşdığı vurğulanıb.




12:03 / 29 Noyabr 2026
1
12:00 / 29 Noyabr 2026
16
11:33 / 29 Noyabr 2026
88
10:55 / 29 Noyabr 2026
90
10:25 / 29 Noyabr 2026
139
10:24 / 29 Noyabr 2026
314
10:00 / 29 Noyabr 2026
241
09:58 / 29 Noyabr 2026
116
09:54 / 29 Noyabr 2026
113
09:15 / 29 Noyabr 2026
134
01:31 / 29 Noyabr 2026
228
01:22 / 29 Noyabr 2026
216
00:11 / 29 Noyabr 2026
294
23:56 / 28 Noyabr 2026
613
23:47 / 28 Noyabr 2026
232
23:36 / 28 Noyabr 2026
957
23:13 / 28 Noyabr 2026
246
22:57 / 28 Noyabr 2026
251
22:29 / 28 Noyabr 2026
261
22:11 / 28 Noyabr 2026
253
22:01 / 28 Noyabr 2026
230
21:50 / 28 Noyabr 2026
349
21:34 / 28 Noyabr 2026
232
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.