Azərbaycanın ən gənc generalı KİMDİR? — FOTO +DOSYE
29 Yanvar 2026, 20:28
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
620
29.12.2019, 09:17
Tarif (qiymət) Şurasının bir sıra səlahiyyətləri Nazirlər Kabinetinə verilib.
APA-nın məlumatına görə, Nazirlər Kabinetinin “Azərbaycan Respublikasına gətirilmiş və respublikadan aparılması nəzərdə tutulan karantin nəzarətində olan materiallara fitosanitar karantin baxışının keçirilməsi və ekspertizanın aparılması Qaydaları”nda etdiyi dəyişikliyə əsasən, hüquqi və fiziki şəxslərə göstərilən fitosanitar xidmətlərə görə ödənilən vəsaitlərin məbləği Tarif (qiymət) Şurası deyil, Nazirlər Kabineti tərəfindən müəyyən ediləcək.
Həmçinin oxuyun
“Azərbaycan Respublikasının ərazisinə idxal olunan karantin nəzarətində olan materiallarda karantin tətbiq edilən zərərli orqanizmlər aşkar olunduqda onların fitosanitar nəzarəti məntəqələrində və ya yükün təyinat yerlərində zərərsizləşdirilməsi qaydası da daxil olmaqla, karantin nəzarətində olan materialların zərərsizləşdirilməsi Qaydaları”na əsasən, karantin nəzarətində olan materialların zərərsizləşdirilməsi hüquqi və fiziki şəxslərlə bağlanmış müqavilə əsasında və onların hesabına aparılır. İndiyə qədər göstərilən fitosanitar xidmətə görə ödənilən vəsaitin məbləği Tarif (qiymət) Şurası tərəfindən müəyyən edilib. Dəyişikliyə görə, Tarif (qiymət) Şurasının bu sahədə səlahiyyəti Nazirlər Kabinetinə verilib.
“Pestisidlərin, bioloji preparatların və aqrokimyəvi maddələrin dövlət sınağının aparılması, qeydiyyata alınması və istifadəsinə icazə verilmiş preparatların siyahısına daxil edilməsi Qaydaları”na əsasən, pestisidlər, bioloji preparatlar və aqrokimyəvi maddələrin dövlət sınağı, qeydiyyatı və ekspertizası ərizəçinin vəsaiti hesabına aparılır. Qüvvədə olan Qaydaya görə, ərizəçiyə göstərilən fitosanitar xidmətlərə görə ödənilən vəsaitlərin məbləği Tarif (qiymət) Şurası tərəfindən müəyyən edilib. Bundan sonra isə ərizəçiyə göstərilən fitosanitar xidmətlərə görə ödənilən vəsaitlərin məbləği Tarif (qiymət) Şurası deyil, Nazirlər Kabineti tərəfindən müəyyən ediləcək.
20:28 / 29 Yanvar 2026
9
20:25 / 29 Yanvar 2026
15
20:08 / 29 Yanvar 2026
31
19:52 / 29 Yanvar 2026
82
19:51 / 29 Yanvar 2026
79
19:48 / 29 Yanvar 2026
167
19:40 / 29 Yanvar 2026
355
19:36 / 29 Yanvar 2026
43
19:29 / 29 Yanvar 2026
49
19:28 / 29 Yanvar 2026
291
19:23 / 29 Yanvar 2026
52
19:15 / 29 Yanvar 2026
64
18:58 / 29 Yanvar 2026
44
18:52 / 29 Yanvar 2026
78
18:42 / 29 Yanvar 2026
72
18:30 / 29 Yanvar 2026
76
18:25 / 29 Yanvar 2026
68
17:55 / 29 Yanvar 2026
126
17:52 / 29 Yanvar 2026
107
17:51 / 29 Yanvar 2026
97
17:47 / 29 Yanvar 2026
182
17:39 / 29 Yanvar 2026
98
17:27 / 29 Yanvar 2026
943
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.