Türk Mədəniyyəti və İrsi Fondu ilə Qazaxıstan Respublikası Milli Bankı arasında yeni əməkdaşlıq istiqamətləri
29 Yanvar 2026, 16:33
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
1590
29.01.2026, 15:15
Son zamanlar jurnalist kimi tanınan Səidə Bəkirqızı məşhurları tənqid və aşağılamaları ilə gündəmə gəlib. Qalmaqallı çıxışları ilə gündəmə gələn bu jurnalist özünün aparıcısı olduğu “Bax Da” adlı verlişdə qalmaqallarının sayını daha da artırıb. O efirin tanınmış simaları olan Nigar Fərhadı , Elgiz Əkbəri, Zaur Nəbioğlunu, Tolik adı ilə tanınan Tarix Əliyevi verlişlərində tənqid edib, bəzən isə aşağılayıb.
Amma Bəkirqızı aparıcısı olduğu “Bax Da” verilişində özünün professonallığı elə özü “yüksək qiymətləndirib:” “Mənə dedilər ki, səni dilçilər, televiziya tənqidçiləri bəyənir. Ən yüksək səviyyədə bəyənilən aparıcısan. Diksiyava, danışıq tərzivə görə. Necə olur ki, Murad Dadaşov səni bəyənmir? Dedim ki, hamı-hamını bəyənmək zorunda deyil. Məni Murad Dadşov bəyənməyəndə heç nə itirmirəm, amma Qulu Məhərrəmli, Etibar Babayev bəyənməyəndə, çox şey itirirəm”.
Oxu24.com xəbər verir ki, aparıcının bu çıxışını da radio aparıcısı, bədii-qiraətçi Kəmalə Onur tənqid edib: “Videonu Səidə xanıma bu sözləri deyənlər üçün paylaşıram. “Diksiyava” yox, “diksiyana”, “danışıq tərzivə” yox, “danışıq tərzinə”, “zorunda deyil” yox, “məcburiyyətində deyil” demək lazımdır. Bu hələ cəmi 16 saniyədə baş verənlərdir. Təşəkkür”.
Halbuki Səidə Bəkirqızı efirlə əlaqəsi olmayan “televiziya mühəndisi” ixtisasını bitirib. Bu ixtisasın da, bildiyiniz kimi, jurnalistika ilə əlaqəsi yoxdur. Buna baxmayaraq “AStar” yutub layihəsinin qonağı olan aparıcı Səidə Bəkirqızı Tolikə “prodüsser” deyərək onu aparıcı olmamaqda ittiham edib: “Bəli, mən bunu özünə də demişəm. Prodüser Toliki televiziya aparıcısı kimi qəbul etmirəm. Ola bilsin ki, sabah efirdə olmayım, amma Tolik 10 ildən sonra da veriliş aparar. Amma o, aparıcı deyil”.
Həmçinin oxuyun
Bəkirqızının “hücum”undan bir çox müğənnilər də qurtula bilməyib gənc ifaçı Zəhra Muradova, tanınmış müğənni Rəqasanə İsmayılova da Səidənin dilinə düşüblər. Hazırda jurnalist 2-ci adıçəkilən müğənni ilə məhkəmədə görüşəcəyini elan edib.
Qeyd edək ki, Rəqsanə İsmayılova həbs olunarkən ilk dəfə onda Səidə Bəkirqızı onu hədəf seçmişdi. Hazırda ev dustaqlığında olan Rəqsanə İsmayılova Səidənin onu hədəf almasına etinasız yanaşmışdı. Yəni onun sözlərini “söz” saymamışdı. Jurnalist ikinci dəfə müğənninin etdiyi fotosesiyanın materiallarını paylaşaraq, sözün həqiqi mənasında jurnalistikaya yaraşmayan aşağılayıcı fikirlər söyləmişdi. R. İsmayılovanın cavabı isə nəinki, jurnalistdə, eləcə də, ictimaiyyətdə şok effekti yaratdı. Videonu hamı gördüyü üçün ordakı ittihamları yazmırıq, amma bu duel məhkəmədə ədalətli həllini tapacağına əminik.
Qeyd edək ki, bundan əvvəl məcburi köçkünlərlə bağlı verdiyi qalmaqallı açıqlamalarla gündəmə gələn jurnalist Səidə Bəkirqızı sentyabrın 8-də işə başladığı “Space TV”dən də ayrılıb.
S.Bəkirqızının “Xəbərin izində” proqramının yayımı dayandırıldı və o, işdən azad olundu.
Həmin gün Audiovizual Şura Səidə Bəkirqızının cəmi 5 gün efirdə yayımlanan verilişində səsləndirdiyi şərhlərə görə “Space TV”nin yayımının 6 saatlıq dayandırılması barədə qərar qəbul etdi.
Eyni zamanda S.Bəkirqızı ondan da əvvəl məcburi köçkünlərə qarşı qeyri-etik ifadələr işlətdiyi üçün baş redaktoru olduğu “MediaTurk TV”dəki işindən uzaqlaşdırılmışdı.
Əntiqə Rəşid
16:34 / 29 Yanvar 2026
8
16:33 / 29 Yanvar 2026
18
16:27 / 29 Yanvar 2026
18
16:01 / 29 Yanvar 2026
85
15:54 / 29 Yanvar 2026
32
15:42 / 29 Yanvar 2026
81
15:25 / 29 Yanvar 2026
758
15:19 / 29 Yanvar 2026
75
15:05 / 29 Yanvar 2026
68
15:03 / 29 Yanvar 2026
46
14:59 / 29 Yanvar 2026
48
14:33 / 29 Yanvar 2026
51
14:31 / 29 Yanvar 2026
200
14:16 / 29 Yanvar 2026
1526
14:05 / 29 Yanvar 2026
89
13:18 / 29 Yanvar 2026
80
13:14 / 29 Yanvar 2026
199
13:11 / 29 Yanvar 2026
160
13:07 / 29 Yanvar 2026
69
13:03 / 29 Yanvar 2026
942
12:47 / 29 Yanvar 2026
65
12:33 / 29 Yanvar 2026
1917
12:15 / 29 Yanvar 2026
475
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.