Mahmudovla bağlı böyük qalmaqal: O hakim cəzalanacaq?
27 Aprel 2026, 10:39
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
703
29.01.2026, 17:39
Xəbər verdiyimiz kimi, Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin (DGK) bir qrup əməkdaşına ali xüsusi rütbələr verilib. Bununla bağlı Prezident İlham Əliyev Sərəncam imzalayıb.
Sərəncama əsasən, Elmir Ramazanov, Fuad Məmmədov və Fuad Aslanova “general-mayor” rütbəsi verilib.
Oxu24.com onların dosyesini təqdim edir:
Elmir Ramazanov
1988-ci ildə Bakıda anadan olub.
2009-cu ildə Azərbaycan Dövlət İqtisad Universitetinin İqtisadiyyatin huquqi tənzimlənməsi fakültəsini bitirib. 2022-ci ildə Azərbaycan Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının Dövlət və bələdiyyə idarəetməsi fakültəsinə daxil olub.
Əmək fəaliyyətinə ixtisasına uyğun olaraq Vergilər Nazirliyində başlayıb. 2012-ci ildən vergi sistemində inspektor vəzifəsindən başlamaqla müxtəlif postlarda çalışıb. Nəticədə Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsinin rəis müavini vəzifəsinə qədər yüksəlib.
Dövlət Gömrük Komitəsi sədrinin 2022-ci il 15 avqust tarixli əmri ilə Bakı Baş Gömrük İdarəsinin rəis müavini təyin edilib. 2023-cü ilin iyulunda isə Bakı Baş Gömrük İdarəsinə rəis təyin olunub.
Fuad Aslanov
Fuad Mikayıl oğlu Aslanov 1979-cü ildə Bakı şəhərində anadan olub. 1996-2000-ci illərdə Azərbaycan Dövlət Neft Akademiyasında Kompyuter Elmləri ixtisası üzrə təhsil alıb. ADNA-nı bitirdikdən sonra, 2006-2008-ci illərdə Azərbaycan Dövlət İqtisad Universitetinin magistratura pilləsinə daxil olub və Biznesin İdarəolunması ixtisası üzrə təhsil almışdır. Eyni zamanda 2017-2019-cu illərdə ABŞ Çikaqo Universitetinin Biznesin İdarəolunması ixtisası üzrə magistr dərəcəsinə yiyələnib.
2000 – 2002-ci illərdə Azərbaycan Respublikası Silahlı Qüvvələrinin sıralarında rabitə tağımının komandiri vəzifəsində xidmət edib.
1998 – 2009-cu illərdə müxtəlif şirkətlərdə proqram tərtibatçısı, verilənlər bazası inzibatçısı, İT meneceri;
2009 – 2018-ci illərdə PAŞA Bankda Texniki İşlər üzrə baş direktor müavini, Proqram Tərtibatçılığı və Dəstək direktoru və Bank Sistemlərinin İnkişafı Departamentinin direktoru;
2018 – 2020-ci illərdə Veysəloğlu şirkətlər qrupunda İnformasiya İşləri üzrə baş direktoru;
2020 – 2021-ci illərdə Dövlət Vergi Xidmətində Rəqəmsal Vergi İnzibatçılığı Baş İdarəsinin rəisi əvəzi;
2021 – 2022-ci illərdə (eManat) “Modern Group”da İnformasiya İşləri üzrə baş direktor vəzifəsində çalışıb.
2022-ci il 13 sentyabr tarixində Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin müvafiq əmrinə əsasən Texnoloji İnnovasiyalar və Statistika Baş İdarəsinin rəisi vəzifəsinə təyin olunub.
Həmçinin oxuyun
İngilis, Rus və Türk dillərini əla səviyyədə bilir. Evlidir, iki övladı var.
Fuad Məmmədov
Məmmədov Fuad Elxan oğlu 1992-ci ildə Bakı şəhərində anadan olub.
2008-2012-ci illərdə Bakı Dövlət Universitetinin Gömrük işinin təşkili ixtisası üzrə bakalavr təhsili alıb.
2012-2013- cü illərdə hərbi xidmətdə olmuşdur. Silahlı Qüvvələrin 95-ci ilinə həsr olunmuş paradda iştirakına görə yubiley medalı ilə təltif edilib.
2013-2015-ci illərdə Bakı Dövlət Universitetində Gömrük işi ixtisası üzrə magistr təhsili alıb.
2017-2020-ci illərdə Dünya iqtisadiyyatı ixtisası üzrə doktorantura təhsilini alıb.
2015-ci ildə gömrük orqanlarına xidmətə qəbul müsabiqəsində yüksək nəticə əldə edərək Xaçmaz Gömrük İdarəsinin inspektoru təyin edilib.
2016-2018-ci illərdə – Dövlət Gömrük Komitəsinin Akademiyasında müəllim kimi fəaliyyət göstərib.
2018-2021-ci illərdə Komitə aparatının Gömrük tarifləri və tarif təsnifatının tətbiqi şöbəsinin böyük inspektoru vəzifəsində işləyib.
2022-2023-cü illərdə həmin şöbənin rəisi olub.
2023-2024-cü illərdə Gömrük Siyasəti Baş İdarəsinin Ticarət Siyasəti İdarəsinin rəisi vəzifəsində işləyib.
2024-cü ildə Komitənin Ümumdünya Gömrük Təşkilatındakı (Belçika Krallığında) nümayəndəsi (gömrük attaşesi) təyin edilib.
2021-ci ildən etibarən Azərbaycan Respublikasının Ümumdünya Ticarət Təşkilatına üzvolma danışıqlarında Komitəni təmsil edir.
Azərbaycan Respublikası Prezidentinin 12 mart 2025-ci il Sərəncamı ilə Dövlət Gömrük Komitəsi sədrinin müavini təyin edilib.
Rus və ingilis dillərini sərbəst bilir. Ailəlidir, 1 övladı var. (Bizim.media)
10:39 / 27 Aprel 2026
1
10:35 / 27 Aprel 2026
13
10:22 / 27 Aprel 2026
256
10:20 / 27 Aprel 2026
29
10:06 / 27 Aprel 2026
30
10:04 / 27 Aprel 2026
35
09:33 / 27 Aprel 2026
50
09:31 / 27 Aprel 2026
37
09:22 / 27 Aprel 2026
49
09:21 / 27 Aprel 2026
44
00:46 / 27 Aprel 2026
264
00:06 / 27 Aprel 2026
137
23:47 / 26 Aprel 2026
272
23:30 / 26 Aprel 2026
130
22:41 / 26 Aprel 2026
131
22:04 / 26 Aprel 2026
132
21:41 / 26 Aprel 2026
143
21:19 / 26 Aprel 2026
132
20:31 / 26 Aprel 2026
163
19:47 / 26 Aprel 2026
166
19:09 / 26 Aprel 2026
153
19:05 / 26 Aprel 2026
1439
18:54 / 26 Aprel 2026
2037
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.