Gəncədə QƏZA: xəsarət alanlar var
23 Aprel 2026, 22:57
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
602
29.01.2026, 17:52
Səhiyyə Nazirliyinin Analitik Ekspertiza Mərkəzi "Vest Hospital"da yoxlama aparıb.
Qaynarinfo-nun məlumatına görə, "Vest Hospital" Məhdud Məsuliyyətli Cəmiyyətində (MMC) aparılan yoxlama zamanı pozuntular aşkarlanıb.
Belə ki, ümumi cərrahların plastik cərrahiyyə ixtisası üzrə sertifikasiya şəhadətnaməsi olmadan praktik tibb fəaliyyətinə buraxılması faktı aşkar edilib. Həmçinin müəssisədə tibbi qeydiyyat sənədləri Səhiyyə Nazirliyinin təsdiq etdiyi formalarla aparılsa da, qaydaların tələbləri qismən təmin olunmayıb.
"Vest Hospital" MMC-nin qanuni təmsilçisi Göyüşov Ramin Xəlil oğlu barəsində İnzibati Xətalar Məcəlləsinin 215.4-cü maddəsi (qanunvericiliyə uyğun olaraq sertifikasiyadan keçməyən şəxslərin (işçilərin) praktik tibb və əczaçılıq fəaliyyətinə buraxılmasına görə vəzifəli şəxslər səkkiz yüz manatdan min manatadək, hüquqi şəxslər isə altı min manatdan səkkiz min manatadək məbləğdə cərimə edilir) ilə protokol tərtib olunub və işə məhkəmədə baxılıb.
Ramin Göyüşovun nümayəndəsi məhkəmədə iş üzrə icraata xitam verilməsini xahiş edib. O, məhkəmədən Səhiyyə Nazirliyinin Analitik Ekspertiza Mərkəzi tərəfindən növbədənkənar yoxlamanın qanunsuz təyin edildiyini, pozuntu halları olduğu üçün bu yoxlama nəticəsində əldə edilmiş bütün sübutların (protokol və aktın) qanunsuz və əsassız hesab olunmasını və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsini istəyib.
Həmçinin oxuyun
Səhiyyə Nazirliyinin nümayəndələri isə bildiriblər ki, 2023-cü ildən "Vest Hospital" MMC-də tibb işləri üzrə direktor müavini işləyən ümumi cərrah Rəşid Əliyev və digərləri sertifikasiya şəhadətnaməsi olmadan praktik tibb fəaliyyəti ilə məşğul olublar. Qeyd edilib ki, həkim ümumi cərrah kimi fəaliyyət göstərməsinə baxmayaraq, əvvəldən etibar qazandığı pasiyentlərinə plastik cərrah kimi də xidmət göstərib.
Məhkəmənin qərarı ilə "Vest Hospital" MMC-nin qanuni təmsilçisi Ramin Göyüşov İnzibati Xətalar Məcəlləsinin 215.4-cü maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinib və 6 000 manat məbləğində cərimə edilib.
Qeyd edək ki, bir ay əvvəl Qida Təhlükəsizliyi Agentliyi (AQTA) Bakıda qanunsuz fəaliyyət göstərən "Ramin-Nur” şadlıq sarayında camış ətinin dana əti adı ilə təqdim edilərək istehlakçıların aldadıldığını aşkarlayıb. "Ramin-Nur” şadlıq sarayının "Körpü Bina Tikinti” MMC-nin rəhbəri Xəlil Göyüşova məxsus olduğu müəyyənləşib. Həmin şadlıq sarayına da X. Göyüşovun oğlu, "Vest Hospital" MMC-nin direktoru Ramin Göyüşovun şərəfinə "Ramin-Nur” adı verilib.
22:57 / 23 Aprel 2026
20
22:45 / 23 Aprel 2026
27
22:34 / 23 Aprel 2026
35
22:14 / 23 Aprel 2026
268
22:09 / 23 Aprel 2026
50
22:03 / 23 Aprel 2026
35
21:58 / 23 Aprel 2026
33
21:55 / 23 Aprel 2026
31
21:53 / 23 Aprel 2026
93
21:51 / 23 Aprel 2026
120
21:45 / 23 Aprel 2026
58
21:39 / 23 Aprel 2026
54
21:37 / 23 Aprel 2026
642
21:27 / 23 Aprel 2026
176
21:16 / 23 Aprel 2026
160
21:00 / 23 Aprel 2026
210
20:34 / 23 Aprel 2026
192
20:26 / 23 Aprel 2026
124
20:00 / 23 Aprel 2026
92
19:49 / 23 Aprel 2026
73
19:33 / 23 Aprel 2026
90
19:17 / 23 Aprel 2026
102
19:09 / 23 Aprel 2026
92
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.