Milli Məclis Avropa Parlamenti ilə əlaqələri dayandırır - QƏRAR
01 May 2026, 12:22
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
802
29.01.2026, 15:42
Əməkdar artist Bəhram Bağırzadənin ötən gün UEFA Çempionlar Liqasında “Qarabağ” və “Liverpul” komandalarının oyunu ilə bağlı paylaşımı müzakirə yaradıb. B.Bağırzadənin “Əgər bu gün “Liverpul” “Qarabağ” futbol klubunu udsa, daha heç vaxt Kəramət Böyükçölün kitablarını oxumayacağam!” sözlərinə Azərbaycan Yazıçılar Birliyinin katibi, Xalq yazıçısı Çingiz Abdullayevin yazdığı “Nəticədən asılı olmayaraq ağıllı kitablar oxuyun!” şərhi də diqqətdən qaçmayıb. B.Bağırzadəyə gələn tənqidlərin arasında Çingiz Abdullayev də Böyükçöl sevərlər tərəfindən linç edilib, sonra Ç.Abdullayev şərhini silib.
Pravda.az-a açıqlama verən K.Böyükçöl B.Bağırzadə və Ç.Abdullayevi sərt tənqid edib.
“Mən bu cəmiyyətdə elə yerdə dayanmışam, elə yerdəyəm ki, olduğum yerdə nə Bəhramın mövcudluğunu hiss edirəm, nə də Çingiz Abdullayevin. Ümumiyyətlə, Çingiz Abdullayevdir, Anardır - heç biri cəmiyyət qarşısında mənimlə polemika, müzakirə apara biləcək gücdə deyillər. Başlarını götürüb qaçarlar. Çünki onlar qapalı bir cəmiyyətin yazıçılarıdır. Mən isə həmişə cəmiyyətin içində olmuşam. Tənqid olunsam da, tərif olunsam da, cəmiyyətlə kontaktım, münasibətim var. Onların cəmiyyətlə heç bir münasibətləri yoxdur, çünki belə sistemlərdə dövlət gücü, demokratik sistemlərdə isə cəmiyyət gücü olur. Çingiz Abdullayev və Anar kimi yazıçılar dövlətin gücü ilə yaşayan yazıçılardır. Onlar cəmiyyətin gücü ilə yazıçı deyillər ki. Anar yaxud Çingiz Abdullayev mənimlə hansısa verilişdə canlı yayımda debata çıxa bilər? Yox. Çünki cəmiyyət onları məhv edər, basar... Onlarınkı “AzTV” tribunalarıdır, tamaşaçısız auditoriyalardır - sual verilməsin, müzakirə olmasın. Baxın, Çingiz Abdullayev Bəhram Bağırzadənin statusuna adicə bir rəy yazıb, sonra rəyini silib, başını götürüb qaçıb. Yəni bunlar belə adamlardır. Barələrində çox danışmışam. Polemika olmayıb, mən fikir bildirmişəm, onlar da münasibət bildiriblər”, - Böyükçöl deyib.
Həmçinin oxuyun
K.Böyükçöl əməkdaşımızın "Bəhram Bağırzadə, ümumiyyətlə, sizin “stansiyadan” kitab alıb?” sualına isə belə cavab verib: “Bəhram Bağırzadə kitab oxuyandır ki? Bəhram, ümumiyyətlə, kitab oxuyurdu ki, hələ bir yazıb, “Liverpul” “Qarabağ”ı udsa... Bəhramın kitabdan xəbəri var? Bəhramın yön-yöndəminə, sifətinə baxanda bilinir ki, kitabdan nə qədər uzaq adamdır. Nəfəsindən, danışığından bilinir... Bəhram hara, kitab hara? And içərəm ki, o, bütün ömrü boyu üst-üstə iki kitabı sonadək oxumayıb”.

12:22 / 01 May 2026
1
12:11 / 01 May 2026
23
12:05 / 01 May 2026
29
11:52 / 01 May 2026
31
11:36 / 01 May 2026
45
11:26 / 01 May 2026
51
11:19 / 01 May 2026
45
11:11 / 01 May 2026
52
10:59 / 01 May 2026
174
10:49 / 01 May 2026
147
10:37 / 01 May 2026
379
10:29 / 01 May 2026
69
10:18 / 01 May 2026
193
10:13 / 01 May 2026
67
10:06 / 01 May 2026
87
09:57 / 01 May 2026
71
09:40 / 01 May 2026
52
09:25 / 01 May 2026
468
09:19 / 01 May 2026
67
09:14 / 01 May 2026
57
09:12 / 01 May 2026
53
01:27 / 01 May 2026
305
23:57 / 30 Aprel 2026
277
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.