Prezidentin sosial media hesablarında Heydər Əliyevlə bağlı videoçarx paylaşılıb
10 May 2026, 00:33
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
1939
29.01.2026, 20:08
Telli Pənahqızı: “Efirə çıxan aparıcıda, müğənnidə abır- həya, utanc hissi olmalıdır”
Xəbər verdiyimiz kimi, Audiovizual Şuranın yaydığı məlumata görə,ötən ilin dekabr ayında 14 telekanalın aparıcıları Azərbaycan dilində qarşılığı olan 33 xarici sözü 1366 dəfə istifadə edib. Hətta Şura televiziya yayımçılarına monitorinqin nəticələrini ciddi nəzərə almağı və bu istiqamətdə redaksiya nəzarətini gücləndirməyi tövsiyə etmişdi. Bu Şuranın, əlbəttə ki, təqdir olunası bir addımıdır. Onda sual olunur, Audiovizual Şura efirə, hər zaman geyindikləri açıq-saçıq libaslarla gündəmə gələn, tamaşaçılar tərəfindən tənqid edilən aparıcılar haqqında niyə reaksiya ortaya qoymur?
Mövzu ilə bağlı Oxu24.com-un əməkdaşı əməkdar mədəniyyət işçisi, Milli Televiziya və Radio Şurasına Şura üzvü Telli Pənahqızı ilə həmsöhbət olub.
Telli Pənahqızı bu kimi halların onda təəssüf hissi yaratdığını bildirib.
"O qədər haqlısınız ki...Əslində dilimizin saflığını, millətimizin qəhrəmanlıq tarixini öyrənmək, yaşatmaq, qoruyub gələcək nəsillərə çatdırmaq təəssüf ki, getdikcə unutdurulmağa, bəlkə bilərəkdən, bəlkə də bilməyərəkdən ikinci plana keçirilib. ( Keçib yox, məhz keçirilir, deyirəm, özü də bilərəkdən planlı şəkildə!)
Bir xalqı manqurtlaşdırmaq üçün onun dilini ikinci plana keçirmək, vətəndaşı olduğu ölkənin rəsmi dilini, ədəbiyyatını onun əlindən almaq əsas şərtdir. Qaldı geyimə ...vallah gərək insanda bir abır, həya, utanc hissi olsun! Məncə, öz ailəsinin namusunu, qeyrətini çəkən, öz qız övladlarının gələcəyindən narahar olan TV rəhbərləri bu aparıcıları , onların verilişlərə dəvət etdikləri muğənnicikləri də efirə o görkəmdə çıxarmağı qeyrətlərinə gərək sığışdırmasınlar!
Çünki mən ərkim çatan o xanımlara iradımı bildirmişəm, etiraf ediblər ki, bizdən belə tələb edirlər, amma mən bizim özəl telekanallarda belə rəhbərlərin olduğuna inanmaq istəmirəm və inanmıram da! Vallah mənim bütün həyatım TV - də keçib, amma, hələ yadıma gəlmir ki, hansısa rəhbər isçi ( sədrdən tutmuş, efir rejissoruna qədər) bizim geyim işimizə qarışsın, cəmiyyətin , millətin əxlaqına, gənclərin tərbiyəsinə mənfi təsir edən libas geyinməyi təkidlə tələb etsin. Məncə, hər kəs öz adını, öz ailəsini, nəslini, millətini şərəfləndirən işlərlə məşğul olmalı, geyimini, nitqini, hərəkətlərini nəzarətdə saxlamalıdır"- deyə Telli Pənahqızı bildirib.
Ümumiyyətlə, bəzi xanım aparıcıların verlişdəki mövzu, qonaqlar deyil , məhz onların geyimi müzakirələrə, çox vaxt isə, qınaq və tənqidlərə səbəb olur. Bunu sosial şəbəkələrdə yazılan şərhlərdən də aydın görmək mümkündür.
Əntiqə Rəşid
00:41 / 10 May 2026
134
00:37 / 10 May 2026
237
00:33 / 10 May 2026
27
00:20 / 10 May 2026
129
00:18 / 10 May 2026
30
00:15 / 10 May 2026
33
00:05 / 10 May 2026
134
23:58 / 09 May 2026
330
23:55 / 09 May 2026
41
23:54 / 09 May 2026
119
23:52 / 09 May 2026
33
23:46 / 09 May 2026
191
23:44 / 09 May 2026
44
23:27 / 09 May 2026
202
23:04 / 09 May 2026
159
22:56 / 09 May 2026
55
22:42 / 09 May 2026
190
22:10 / 09 May 2026
218
21:38 / 09 May 2026
194
21:22 / 09 May 2026
186
21:02 / 09 May 2026
212
20:41 / 09 May 2026
72
20:21 / 09 May 2026
76
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.