Azərbaycanda bu sahəyə 477 milyon manat AYRILDI
07 Noyabr 2026, 19:11
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
176
07.11.2026, 19:24
"Orta aylıq pensiya məbləğindəki artım bütün pensiyaların eyni faizlə artırılması demək deyil. Gələn ildən etibarən pensiyaların indeksləşdirilməsi ilə bağlı yeni mexanizmin tətbiqi nəzərdə tutulur".
Oxu24.com bildirir ki, bunu baku.ws-ə açıqlamasında Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vüqar Bayramov bildirib.
Onun sözlərinə görə, bu mexanizm nisbətən aşağı pensiya alan vətəndaşların daha çox artım əldə etməsinə imkan verəcək:
"Yeni qaydalara əsasən, təxminən 1200 manatadək pensiya alan vətəndaşların pensiyaları tam indeksləşdiriləcək. 1200 manatdan 5000 manatadək pensiya alan şəxslər üçün indeksləşmə zamanı 0,5, 5000 manatdan yuxarı pensiya alanlar üçün isə 0,2 əmsalı tətbiq ediləcək.
Bu yanaşma pensiya məbləğləri arasında fərqləri nəzərə almaqla, nisbətən az pensiya alan vətəndaşların gəlirlərinin daha yüksək faizlə artırılmasına xidmət edir".
Deputat əlavə edib ki, pensiyaların konkret artım faizi isə 2026-cı ildə orta aylıq əməkhaqqının artım göstəricisinə uyğun müəyyənləşdiriləcək:
"Yəni cari ildə orta aylıq əməkhaqqı hansı faizlə artarsa, 2027-ci ilin əvvəlində pensiyalar da həmin göstərici əsasında indeksləşdiriləcək.
Gözlənilən artım ümumilikdə 1 milyon 100 min vətəndaşı əhatə edəcək. Beləliklə, yaşa, əlilliyə və ailə başçısını itirməyə görə əmək pensiyası alan şəxslərin də pensiya məbləğləri artırılacaq".
19:38 / 07 Noyabr 2026
1
19:11 / 07 Noyabr 2026
49
19:07 / 07 Noyabr 2026
75
19:04 / 07 Noyabr 2026
95
18:55 / 07 Noyabr 2026
79
18:53 / 07 Noyabr 2026
252
18:52 / 07 Noyabr 2026
127
18:22 / 07 Noyabr 2026
90
18:12 / 07 Noyabr 2026
95
18:08 / 07 Noyabr 2026
82
17:52 / 07 Noyabr 2026
660
17:37 / 07 Noyabr 2026
312
17:34 / 07 Noyabr 2026
1108
17:32 / 07 Noyabr 2026
124
17:30 / 07 Noyabr 2026
110
16:55 / 07 Noyabr 2026
110
16:31 / 07 Noyabr 2026
118
15:55 / 07 Noyabr 2026
129
15:23 / 07 Noyabr 2026
646
15:17 / 07 Noyabr 2026
182
15:02 / 07 Noyabr 2026
331
14:52 / 07 Noyabr 2026
722
14:47 / 07 Noyabr 2026
225
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.