Qaynar xətt:

(+99450) 247 90 86

Bakıda yuxulu sürücü  ana və körpəsinin üstündən keçdi - Anbaan video 

Bakıda yuxulu sürücü  ana və körpəsinin üstündən keçdi - Anbaan video 

KRİMİNAL

241

04.11.2026, 12:10

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Xocasən–Lökbatan yolunda qəza olub.

DİN-in Baş Dövlət Yol Polisi İdarəsindən Oxu24.com-a verilən məlumata görə, hadisə noyabrın 3-də Xocasən–Lökbatan yolunun Binəqədi rayonu ərazisindən keçən 2-ci kilometrində qeydə alınıb. Cavid Ağayevin idarə etdiyi “Toyota” markalı avtomobil körpəsini uşaq arabasında aparan piyada A. Abdullayevanı vurub.

Bildirilib ki, qəza nəticəsində A. Abdullayeva xəsarət alıb, körpənin vəziyyəti normaldır.

Hadisədən sonra sürücü saxlanılıb və faktla bağlı cinayət işi başlanılıb.

İlkin araşdırma zamanı sürücü sükan arxasında yuxuya getdiyini və hadisənin necə baş verdiyini xatırlamadığını bildirib. O, həmçinin əvvəllər də avtomobil idarə edərkən dəfələrlə yuxuya getdiyini qeyd edib.

"Sükan arxasında dəfələrlə yuxuya getdiyini bilə-bilə yenidən avtomobil idarə etmək insanların həyatını birbaşa təhlükəyə atan bağışlanmaz məsuliyyətsizlikdir.

Yuxulu halda sükan arxasına əyləşməmək də, yolda yuxusu gələndə təhlükəsiz yerdə dayanmaq da sürücünün öz əlindədir. Ancaq gözləri yumulduğu halda yoluna davam edən sürücü bir daha gözlərini açmaya, sağ qalsa belə, bir insanın ölümünə səbəb olan bu səhv qərara görə illərlə evindən və ailəsindən uzaqda gecələyə bilər", BDYPİ-dən bildirilib.