Qaynar xətt:

(+99450) 247 90 86

Şiddətli töhmət alan baş həkimə yüksək vəzifə verilib? 

Şiddətli töhmət alan baş həkimə yüksək vəzifə verilib? 

CƏMİYYƏT

90

30.10.2026, 18:07

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Qəbələ Rayon Mərkəzi Xəstəxanasının direktor müavini Fikrət Cəfərova direktor vəzifəsinin icrası tapşırılıb. Bu barədə mediada məlumat yayılıb.

Oxu24.com xəbər verir ki, Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) Oxu.az-a açıqlamada Fikrət Cəfərovun direktor vəzifəsinə təyin edilməsi ilə bağlı yayılan məlumatın həqiqəti əks etdirmədiyi bildirilib.

Qurumdan qeyd olunub ki, xidməti zərurətlə əlaqədar direktor vəzifəsinin icrası müvəqqəti olaraq ona həvalə edilib.

Xatırladaq ki, iddiaya görə, Fikrət Cəfərova oktyabrın 8-də TƏBİB-in əvvəlki icraçı direktoru Anar Bayramovun əmri ilə sonuncu xəbərdarlıqla şiddətli töhmət verilib. Buna səbəb TƏBİB-in Daxili nəzarət və monitorinq departamentinin araşdırması zamanı aşkarlanan əmək və icra intizamı pozuntuları göstərilib.