Sürücülərin diqqətinə!Cərimələrlə bağlı DƏYİŞİLİK EDİLİR
30 Oktyabr 2026, 12:15
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
75
30.10.2026, 10:52
“Cənab Prezident tərəfindən insan hüquqları üzrə müvəkkil vəzifəsinə üç namizədin Milli Məclisə təqdim edilməsi ölkəmizin hüquqi dövlət quruculuğunda mühüm üsullardan birinin fəaliyyətində yeni mərhələnin başlanması deməkdir”.
Oxu24.com xəbər verir ki, bunu parlamentin İnsan hüquqları komitəsinin sədri Zahid Oruc komitənin oktyabrın 30-da keçirilən iclasında İnsan hüquqları üzrə müvəkkilinin (ombudsmanın) seçilməsi məsələsinin müzakirəsi zamanı deyib.
O bildirib ki, Ombudsman institutu yarandığı 24 illik tarixində üzərinə düşən missiyanı yerinə yetirib.
“Onun əsas vəzifəsi dövlət hakimiyyəti, bələdiyyələrin və digər qanunla müəyyən edilmiş qurumların fəaliyyəti nəticəsində pozulan insan hüquqlarının bərpasına kömək etmək, pozuntuların qarşısını almaq və dövlət hakimiyyəti ilə vətəndaş arasında əlavə hüquqi müdafiə mexanizmini yaratmaqdır. Bu vəzifəni də yerinə yetirməkdədir”, - Z.Oruc vurğulayıb.
Komitə sədri diqqətə çatdırıb ki, ki, ombudsmanın qarşısında indi mühüm vəzifələr dayanır:
“Gələcək müvəkkil öz fəaliyyətinə insan hüquqları sahəsində qlobal çağırışların ciddi şəkildə dəyişdiyi bir dövrdə başlayır. Müharibələr, geosiyasi qarşıdurmalar, miqrasiya böhranları, informasiya savaşları, süni intellektin və rəqəmsal texnologiyaların sürətli inkişafı dövlətlər qarşısında yeni hüquqi və mənəvi məsuliyyət yaradır. Artıq insan hüquqlarının pozulması fiziki zorakılıq, qanunsuz həbs və ya mülkiyyətə müdaxilə ilə məhdudlaşmır, fərdi məlumatların qanunsuz istifadəsi, süni intellekt vasitəsilə saxta görüntülərin hazırlanması, rəqəmsal ayrı-seçkilik, insanların şəxsi həyatına müdaxilə və alqoritmik qərarların doğurduğu hüquqi nəticələr də ciddi təhlükələrə çevrilib. Prezident İlham Əliyevin 2026-cı ilin iyunun 17-də ombudsmanların beynəlxalq Bakı sammitinin iştirakçılarına müraciətində texnoloji tərəqqinin insan amilinə xidmət etməsi dövlət siyasətimizin əsas prinsipləri kimi vurğulanıb. Digər tərəfdən biz insan hüquqları məsələsinin beynəlxalq münasibətlərdə siyasi təzyiq və üsul idarələrin yayılması yaxud geosiyasi maraqların örtüyünə çevrildiyini də yaxşı görürük və bu zəfərimizdən sonra daha əyani sübut olunur”.
Z.Oruc bildirib ki, Azərbaycan haqqında xaricdə səsləndirilən əsassız iddialara, selektiv yanaşmalara və insan hüquqları mövzusundan siyasi məqsədlərlə istifadəyə qarşı gələcək ombudsmanın güclü mandatı var:
“Beynəlxalq məkanda diplomatik təmsilçimiz kimi prinsipial mövqeyinin daha da güclənəcəyinə inanırıq. Eyni zamanda obyektiv və əsaslı iradların araşdırılması, aşkar edilən hüquq pozuntularının aradan qaldırılması da prinsipiallığın ayrılmaz hissəsidir. Prezident İlham Əliyevin müəyyən etdiyi dövlətçilik, suverenlik və insanların rifahı, müasir idarəetmə prinsipləri şəraitində müvəkkil daha təşəbbüskar, beynəlxalq platformalarda daha fəal, dövlət orqanlarına münasibətdə isə daha tələbkar olmalıdır. Ombudsman beynəlxalq təşkilatlara cavab verən tərəf kimi çıxış eləməklə bərabər özü də qlobal insan hüquqları gündəliyinə müxtəlif mövzularla təsir eləyən digər milli insan hüquqları institutları ilə birgə təşəbbüslər irəli sürən təsisatdır. Gələcək yeddi ildə fəaliyyət göstərən ombudsmanı seçərkən artıq formalaşmış təsisatı yeni şəraitə uyğun inkişaf etdirmək məsuliyyətini də bölüşürük. İndi qarşıda duran əsas vəzifə qalib vətəndaşlarımızın konstitusion hüquq azadlıqlarının daha da etibarlı təminatıdır. Gələcək müvəkkildən gözləntimiz peşəkarlıq, müstəqillik, obyektivlik və prinsipiallıqdır. O dövlət orqanlarından əməkdaşlığını daha da gücləndirməli, lakin onların fəaliyyətindəki nöqsanları göstərməkdən çəkinməməlidir. Vətəndaş ombudsmana müraciət etdikdə hüququnun bərpası üçün real hüququ müdafiə mexanizmini görməlidir. Ombudsman institutunun gücü vətəndaşın hüququ pozulduqda nə qədər prinsipial mövqe tutması ilə ölçülür. Qarşıdakı yeddi illik dövrün müvəkkil institutunun tarixində yeni yanaşmalar və tələblər səviyyəsində olduğunu hər birimiz qəbul eləyirik, yeni ombudsmanın həm formalaşan ənənələrin davamçısı, həm də qalib Azərbaycanın insan hüquqları siyasətində yeni hədəflərə çatmasında təşəbbüskar olacağına inanırıq”.
Qeyd edək ki, İnsan hüquqları üzrə müvəkkil vəzifəsinə hazırda bu postda çalışan Səbinə Əliyevanın, Konstitusiya Məhkəməsinin keçmiş hakimi, hüquq elmləri doktoru, professor Ceyhun Qaracayevin və Ali Məhkəmənin hakimi, Hakimlərin Seçki Komitəsinin üzvü Elşana Valiyevanın namizədliyi irəli sürülüb.
Ombudsman 7 il müddətinə seçilir. Bir şəxs iki dəfədən artıq bu vəzifəyə seçilə bilməz. Səbinə Əliyeva birinci dəfə 2019-cu ildə İnsan hüquqları üzrə müvəkkili seçilib. Onun səlahiyyət müddəti noyabrın 29-da başa çatır.
12:15 / 30 Oktyabr 2026
15
11:55 / 30 Oktyabr 2026
69
11:45 / 30 Oktyabr 2026
62
11:35 / 30 Oktyabr 2026
62
11:28 / 30 Oktyabr 2026
112
11:27 / 30 Oktyabr 2026
217
11:25 / 30 Oktyabr 2026
52
11:18 / 30 Oktyabr 2026
72
11:13 / 30 Oktyabr 2026
81
11:10 / 30 Oktyabr 2026
123
11:05 / 30 Oktyabr 2026
385
11:02 / 30 Oktyabr 2026
94
10:56 / 30 Oktyabr 2026
92
10:43 / 30 Oktyabr 2026
84
10:40 / 30 Oktyabr 2026
417
10:39 / 30 Oktyabr 2026
69
10:19 / 30 Oktyabr 2026
78
09:58 / 30 Oktyabr 2026
84
09:57 / 30 Oktyabr 2026
97
09:56 / 30 Oktyabr 2026
86
09:52 / 30 Oktyabr 2026
537
09:31 / 30 Oktyabr 2026
138
09:20 / 30 Oktyabr 2026
129
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.