Bahadur xan Mallaçixanov kim olub?
19 Noyabr 2026, 23:55
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
654
29.10.2026, 23:08
Bakıda avtobus sürücüsü vakansiyası elan edilib. Namizədlərə 1350 manat (gross) maaş, növbəli iş rejimi və əlavə güzəştlər təklif olunur.
Oxu24.com xəbər verir ki, bu barədə "Baku Bus" MMC-dən məlumat verilib.
Vakansiya üzrə namizədlərdən 65 yaşadək olmaq, D kateqoriyalı sürücülük vəsiqəsinə malik olmaq və həqiqi hərbi xidmət keçmək tələb edilir. Avtobus idarə etmək üzrə iş təcrübəsi olan namizədlərə üstünlük veriləcək.
İşə qəbul edilən şəxslər avtobusu müəyyən edilmiş marşrut və hərəkət cədvəlinə uyğun idarə etməli, sərnişinlərin təhlükəsiz və rahat daşınmasını təmin etməlidirlər. Həmçinin yol hərəkəti qaydalarına, əməyin mühafizəsi və texniki təhlükəsizlik tələblərinə riayət etmək, avtobusun texniki vəziyyətinə nəzarət etmək və fövqəladə hallarda müəyyən edilmiş qaydalara uyğun hərəkət etmək əsas vəzifələr sırasındadır.
İş yeri Bakı şəhəridir, iş rejimi isə növbəlidir. Əmək haqqı 1350 manat (gross) təşkil edir. Bundan əlavə, müəssisədəki iş stajına uyğun olaraq maaşa əlavələr, geyim forması və servis xidməti nəzərdə tutulub.
Əməkdaşlara Bilgəh Sağlamlıq Mərkəzində və əməkdaşlıq edilən sanatoriyalarda güzəştli istirahət imkanı, eləcə də psixoloji dəstək xidməti təklif olunur.
Vakansiyaya müraciət etmək istəyənlər hr.metro.gov.az portalında qeydiyyatdan keçərək müvafiq vakansiya linki vasitəsilə müraciətlərini tamamlaya bilərlər.metbuat.az
23:26 / 19 Noyabr 2026
42
23:22 / 19 Noyabr 2026
45
23:15 / 19 Noyabr 2026
52
23:15 / 19 Noyabr 2026
60
23:06 / 19 Noyabr 2026
112
23:05 / 19 Noyabr 2026
76
22:59 / 19 Noyabr 2026
76
22:47 / 19 Noyabr 2026
87
22:43 / 19 Noyabr 2026
320
22:35 / 19 Noyabr 2026
83
22:31 / 19 Noyabr 2026
70
22:14 / 19 Noyabr 2026
79
22:10 / 19 Noyabr 2026
101
22:03 / 19 Noyabr 2026
77
22:01 / 19 Noyabr 2026
79
21:51 / 19 Noyabr 2026
78
21:48 / 19 Noyabr 2026
174
21:45 / 19 Noyabr 2026
599
21:42 / 19 Noyabr 2026
80
21:29 / 19 Noyabr 2026
87
21:18 / 19 Noyabr 2026
414
21:13 / 19 Noyabr 2026
93
21:05 / 19 Noyabr 2026
127
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.