Hikmət Hacıyev "Counterpoint" sənədli filmi barədə paylaşım etdi
18 Oktyabr 2026, 00:00
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
135
14.10.2026, 12:42
Məktəblərdə vahid geyim qaydalarına əməl olunmasına nəzarət gücləndiriləcək. Qarşıdakı dövrdə bu istiqamətdə hər həftə monitorinqlərin aparılması nəzərdə tutulur.
Oxu24.com xəbər verir ki, təhsil eksperti Elçin Əfəndi bu barədə “Yeni Sabah”a açıqlamasında bildirib ki, məktəblərdə normal tədris prosesinin və sağlam təhsil mühitinin təmin olunması üçün bir sıra tədbirlər həyata keçirilir.
“Bura müəllimlərin işə qəbulu imtahanlarının vahid qaydada keçirilməsi, sertifikatlaşdırma prosesi, eyni zamanda nizam-intizam qaydalarının qorunması daxildir. Bildiyiniz kimi, şagirdlərin davranış qaydaları, eləcə də təhsilverənlərin etik davranış qaydaları təsdiqlənib”, – deyə ekspert qeyd edib.
Onun sözlərinə görə, Nazirlər Kabinetinin təsdiqlədiyi vahid geyim qaydaları həm şagirdlərə, həm də müəllimlərə aiddir.
“Nizam-intizamın qorunması vacib şərtdir. İntizam olmayan müəssisədə və ya təşkilatda inkişafdan danışa bilmərik. Buna görə də nizam-intizam başlıca şərtdir. Nazirlər Kabinetinin məktəbli forması ilə bağlı qərarı yenidir və hazırda tətbiq mərhələsindədir. Tətbiqlə paralel müntəzəm monitorinqlər aparılır. Geyim qaydalarından kənaraçıxma halları olarsa, bununla bağlı müvafiq tədbirlər görülür”, – E.Əfəndi bildirib.
Ekspert vurğulayıb ki, vahid geyim qaydalarının tətbiqi məktəblərdə sosial bərabərliyin və vahid təhsil mühitinin formalaşmasına xidmət edir.
“Bu tətbiq həm müəllimlər, həm də şagirdlər arasında sosial bərabərliyin, məktəb mühitində vəhdətin və bütövlüyün təmin olunması deməkdir. Belə olan halda həm müəllim, həm də şagird nüfuzunun cəmiyyətdə müsbətə doğru dəyişməsini müşahidə edəcəyik”, – deyə o əlavə edib.
E.Əfəndinin sözlərinə görə, qarşıdakı dövrdə vahid geyim qaydalarının icrasına nəzarət gücləndirilməlidir.
“Qaydalara əməl olunması üçün onların icrasına müvafiq qaydada nəzarət mütləq olmalıdır. Hər həftə monitorinqlər aparılmalıdır. Vahid geyim qaydasını tam tətbiq etdikdən sonra növbəti mərhələdə tədrisin keyfiyyəti ilə bağlı nəzərdə tutduğumuz addımları atmalıyıq”, – deyə təhsil eksperti bildirib.
00:00 / 18 Oktyabr 2026
140
23:59 / 17 Oktyabr 2026
100
23:34 / 17 Oktyabr 2026
99
23:19 / 17 Oktyabr 2026
112
22:59 / 17 Oktyabr 2026
114
22:49 / 17 Oktyabr 2026
128
22:21 / 17 Oktyabr 2026
184
22:12 / 17 Oktyabr 2026
141
22:10 / 17 Oktyabr 2026
117
22:05 / 17 Oktyabr 2026
128
21:57 / 17 Oktyabr 2026
173
21:40 / 17 Oktyabr 2026
189
21:18 / 17 Oktyabr 2026
101
20:39 / 17 Oktyabr 2026
106
20:39 / 17 Oktyabr 2026
161
20:16 / 17 Oktyabr 2026
121
20:03 / 17 Oktyabr 2026
158
20:03 / 17 Oktyabr 2026
1890
19:50 / 17 Oktyabr 2026
115
19:38 / 17 Oktyabr 2026
333
19:38 / 17 Oktyabr 2026
157
19:32 / 17 Oktyabr 2026
1227
19:26 / 17 Oktyabr 2026
155
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.