Ukrayna ordusu “İsgəndər” raketləri üçün yanacaq istehsal edən zavodu vurub
27 Noyabr 2026, 19:22
Qaynar xətt:
(+99450) 247 90 86
DÜNYA
341
07.11.2026, 17:32
1799-cu ildə ABŞ-də 12 yaşlı Konrad Ridin dərədə tapdığı daşın əslində 7,7 kiloqramlıq qızıl külçəsi olduğu məlum olub. Ailə qiymətli metalın dəyərindən xəbərsiz olduğu üçün onu üç il ərzində qapı tutacağı kimi istifadə edib.
Oxu24.com xəbər verir ki, Şimali Karolina ştatında yaşayan Konrad Rid Litl Medou Krik dərəsində oynayarkən sarımtıl rəngli, ağır bir daş tapıb. O, daşı evə apararaq atası Con Ridə göstərib. Lakin ailə daşın qızıl olduğunu anlamayıb.
1802-ci ildə Con Rid daşı zərgərə göstərib. Qızıl olduğu müəyyən edilən külçəni Rid cəmi 3,50 dollara satıb. Bu məbləğ həmin dövrdə bir fermerin təxminən bir həftəlik qazancına bərabər olub.
Sonradan Rid ərazisində qızıl axtarışlarına başlayıb. 1804-cü ildə mədəndə çalışan Peter adlı kölə uşaq təxminən 12,7 kiloqram ağırlığında başqa bir qızıl külçə tapıb. Bu kəşflər Şimali Karolinada qızıl hasilatının genişlənməsinə səbəb olub.
Rid qızıl mədəni 1966-cı ildə Milli Tarixi Abidə statusu alıb, 1977-ci ildə isə ziyarətçilərin üzünə açılıb. Bu gün turistlər tarixi mədəni gəzə, qızıl axtarışı üsulları ilə tanış ola və Konrad Ridin qızılı tapdığı dərənin ətrafını görə bilirlər.
BakuPost.az
19:42 / 27 Noyabr 2026
33
19:38 / 27 Noyabr 2026
63
19:34 / 27 Noyabr 2026
103
19:26 / 27 Noyabr 2026
76
19:22 / 27 Noyabr 2026
67
19:09 / 27 Noyabr 2026
259
19:00 / 27 Noyabr 2026
64
18:45 / 27 Noyabr 2026
104
18:33 / 27 Noyabr 2026
100
18:25 / 27 Noyabr 2026
96
18:15 / 27 Noyabr 2026
111
18:08 / 27 Noyabr 2026
139
17:58 / 27 Noyabr 2026
123
17:30 / 27 Noyabr 2026
326
17:26 / 27 Noyabr 2026
153
17:07 / 27 Noyabr 2026
135
16:57 / 27 Noyabr 2026
131
16:38 / 27 Noyabr 2026
615
16:30 / 27 Noyabr 2026
145
16:22 / 27 Noyabr 2026
129
16:19 / 27 Noyabr 2026
129
16:06 / 27 Noyabr 2026
402
16:04 / 27 Noyabr 2026
175
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.