Qaynar xətt:

(+99450) 247 90 86

Tofiq Əliyev dünya ikincisi olub

Tofiq Əliyev dünya ikincisi olub

İDMAN

36

07.11.2026, 16:31

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Tofiq Əliyev dünya çempionatında gümüş medal qazanıb.

Oxu24.com əbər verir ki, Çinin Nankin şəhərində keçirilən batut gimnastikası və tamblinq üzrə dünya çempionatında Azərbaycan millisinin aktivinə daha bir medal yazılıb.

Tamblinq üzrə fərdi proqramda çıxış edən idmançımız finalda 29,700 xal toplayaraq ikinci yeri tutub. Bu, Tofiq Əliyevin karyerasında fərdi proqram üzrə dünya çempionatında qazandığı ilk gümüş medaldır.

Qeyd edək ki, finalda portuqaliyalı Vasko Peso qızıl, amerikalı Kaden Braun isə bürünc medal qazanıb. Bununla da Azərbaycan tamblinq millisinin dünya çempionatındakı çıxışı başa çatıb.