Son dərəcə sərt qış qapıdadır
04 Noyabr 2026, 01:45
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
417
12.10.2026, 12:25
"Məktəblilərin eyni formada geyinməsi təhsil mühitində bərabərliyin qorunması baxımından vacibdir. Vahid məktəbli forması uşaqlar arasında geyimə görə fərqlərin yaranmasının qarşısını almağa kömək edir".
Oxu24.com xəbər verir ki, bunu Xalq artisti Zülfiyyə Xanbabayeva Bakıvaxtı.az-a açıqlamasında bildirib.
Müğənni qeyd edib ki, qızı məktəbdə oxuduğu zaman da şagirdlərin eyni formada geyinməsini dəstəkləyib. Onun fikrincə, uşaqların istədikləri kimi geyinməsi məktəblilər arasında sosial fərqlərin daha qabarıq görünməsinə səbəb ola bilər. Sezar pizza
"Əlbəttə, mən qızım məktəbdə oxuyanda da onların formalarının eyni olmasını istəyirdim. Övladımı ümumtəhsil müəssisəsinə qoyanda da düşünürdüm ki, məktəbli geyimi hamı üçün eyni olmalıdır. Çünki şagirdlər istədikləri kimi geyinəndə elə bir vəziyyət yaranır ki, kimsə daha bahalı, kimsə isə fərqli geyimdə olur. Bu da uşaqlar arasında müəyyən fərqlərin ortaya çıxmasına səbəb ola bilər. Amma hamı eyni formada olanda bu cür düşüncələr və müqayisələr arxa plana keçir", - deyə sənətçi bildirib.
Xalq artisti vurğulayıb ki, uşaqların məktəb yaşlarında düşüncələri və həyata baxışları hələ formalaşma mərhələsində olur. Buna görə də onların təhsil mühitində özlərini başqaları ilə müqayisə etmələrinə səbəb ola biləcək halların mümkün qədər azaldılmasını vacib hesab edir.
Zülfiyyə Xanbabayeva özünün də valideyn kimi bu məsələyə xüsusi diqqət yetirdiyini söyləyib. O bildirib ki, qızının məktəb illərində vahid forma qaydasının tətbiq olunmasını doğru yanaşma hesab edib və bu mövqeyini indi də qoruyub saxlayır.
"Uşaqlar məktəbdən gələndə müxtəlif şeylər görür, düşünür, başqaları ilə özlərini müqayisə edirlər. Mən bunu sizə ən sadə formada izah edirəm ki, fikrim aydın olsun. Ona görə də hesab edirəm ki, məktəbdə hamının eyni formada geyinməsi yaxşıdır. Mən qızımın məktəbdə vahid forma geyinməsini dəstəkləmişəm və bu yanaşma ilə razıyam", - deyə Zülfiyyə Xanbabayeva fikirlərini yekunlaşdırıb.
05:10 / 04 Noyabr 2026
11
01:45 / 04 Noyabr 2026
140
01:07 / 04 Noyabr 2026
196
00:56 / 04 Noyabr 2026
239
00:38 / 04 Noyabr 2026
307
00:30 / 04 Noyabr 2026
157
00:29 / 04 Noyabr 2026
180
00:18 / 04 Noyabr 2026
250
00:11 / 04 Noyabr 2026
163
00:10 / 04 Noyabr 2026
269
23:58 / 03 Noyabr 2026
434
23:58 / 03 Noyabr 2026
3519
23:50 / 03 Noyabr 2026
211
23:40 / 03 Noyabr 2026
170
23:34 / 03 Noyabr 2026
251
23:04 / 03 Noyabr 2026
405
22:59 / 03 Noyabr 2026
129
22:52 / 03 Noyabr 2026
164
22:48 / 03 Noyabr 2026
130
22:45 / 03 Noyabr 2026
191
22:33 / 03 Noyabr 2026
167
22:30 / 03 Noyabr 2026
257
22:29 / 03 Noyabr 2026
291
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.