Azərbaycanda saatlıq maaş tətbiq ediləcək – 1 saatın qiyməti bu qədər ola bilər
07 Noyabr 2026, 17:37
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
275
25.09.2026, 10:25
Baş Dövlət Yol Polisi İdarəsi payız mövsümünün başlaması ilə bağlı sürücülərə müraciət edib.
Bu barədə Oxu24.com-a BDYPİ-dən məlumat verilib.
Bildirilib ki, payız mövsümündə yağıntı, duman və külək yol şəraitinə təsir göstərərək sürücülər və piyadalar üçün əlavə risklər yaradır:
"Görmə məsafəsinin azaldığı, yol örtüyünün sürüşkən olduğu belə şəraitdə ehtiyatsız davranış və qayda pozuntuları ağır nəticələrə səbəb ola bilər. Baş Dövlət Yol Polisi İdarəsi sürücüləri hava və yol şəraitinə uyğun təhlükəsiz sürət seçməyə, nəqliyyat vasitələri arasında ara məsafəsini qorumağa, qəfil əyləcləmədən və təhlükəli manevrlərdən çəkinməyə çağırır. Piyada keçidlərinə, yolayrıclarına və təhsil müəssisələrinin ətrafına yaxınlaşarkən sürət əvvəlcədən azaldılmalı, piyadaların hərəkətinə xüsusi diqqət yetirilməlidir".
Bildirilib ki, sürücülər səfərdən əvvəl nəqliyyat vasitələrinin texniki sazlığını yoxlamalı, xüsusilə şüşəsilənlərin, xarici işıq cihazlarının və əyləc sisteminin saz vəziyyətdə olmasına diqqət yetirməlidirlər. Təkərlərin mövsümə və yol şəraitinə uyğunluğu da təhlükəsiz hərəkətin vacib şərtlərindəndir.
Qeyd edilib ki, piyadalar da yollarda diqqətli olmalı, yolu yalnız müəyyən edilmiş yerlərdən keçməli, hərəkətə başlamazdan əvvəl yolun hər iki istiqamətini nəzərdən keçirməli və yaxınlaşan nəqliyyat vasitələrinin məsafəsini düzgün qiymətləndirməlidirlər. Məhdud görünmə şəraitində diqqəti yayındıran davranışlardan, o cümlədən yolu keçərkən mobil telefondan istifadə etməkdən çəkinmək vacibdir.
"Baş Dövlət Yol Polisi İdarəsi bütün hərəkət iştirakçılarını dəyişkən hava şəraitini nəzərə almağa, yol hərəkəti qaydalarına əməl etməyə və təhlükəsizlik məsələsində məsuliyyətli davranmağa çağırır", - müraciətdə qeyd edilib.
Həmçinin oxuyun
18:53 / 07 Noyabr 2026
1
18:52 / 07 Noyabr 2026
40
18:22 / 07 Noyabr 2026
50
18:12 / 07 Noyabr 2026
60
18:08 / 07 Noyabr 2026
51
17:52 / 07 Noyabr 2026
514
17:37 / 07 Noyabr 2026
214
17:34 / 07 Noyabr 2026
841
17:32 / 07 Noyabr 2026
110
17:30 / 07 Noyabr 2026
97
16:55 / 07 Noyabr 2026
92
16:31 / 07 Noyabr 2026
110
15:55 / 07 Noyabr 2026
121
15:23 / 07 Noyabr 2026
607
15:17 / 07 Noyabr 2026
163
15:02 / 07 Noyabr 2026
304
14:52 / 07 Noyabr 2026
684
14:47 / 07 Noyabr 2026
209
14:41 / 07 Noyabr 2026
318
14:36 / 07 Noyabr 2026
153
14:18 / 07 Noyabr 2026
261
13:57 / 07 Noyabr 2026
603
13:41 / 07 Noyabr 2026
1267
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.