Niyə bəzi toyuqların yumurtası mavi və yaşıl olur?
07 Noyabr 2026, 19:07
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
1381
24.09.2026, 17:00
Azərbaycan Prezidenti İlham Əliyev Dövlət ümumi təhsil müəssisələrində yeni maliyyələşmə mexanizminin tətbiq edilməsi haqqında Fərman imzalayıb.
Oxu24.com-un məlumatına görə, Fərmanda dövlət ümumi təhsil müəssisələrində 2026‒2027-ci tədris ilindən başlayaraq dövlət büdcəsinin vəsaiti hesabına maliyyələşdirmə mərhələli şəkildə adambaşına maliyyələşdirmə prinsipi əsasında həyata keçirilməsi göstərilib.
Bundan başqa adambaşına maliyyələşdirmə prinsipi əsasında maliyyələşdirilməsi nəzərdə tutulan dövlət ümumi təhsil müəssisələrində ümumi təhsil müəssisələrinin növləri üzrə hər bir təhsilalana düşən illik təhsil xərclərinin miqdarına ümumi təhsilin ayrı-ayrı səviyyələri üzrə artım əmsalı tətbiq ediləcək.
Oxu: 3,4 milyard manat ayrılacaq — Əli Əsədov AÇIQLADI
WhatsApp 1 oktyabrdan etibarən hər mesaj üçün ödəniş almağa başlayacaq
Bu şəxslər üçün avtobus və metro pulsuzdur
Fərmanda Nazirlər Kabinetinə adambaşına maliyyələşdirmə prinsipi əsasında maliyyələşdirilməsi həyata keçirilən dövlət ümumi təhsil müəssisələrində ümumi təhsil müəssisələrinin növləri üzrə hər bir təhsilalana düşən illik təhsil xərclərinin miqdarını, habelə adambaşına maliyyələşdirmə prinsipi əsasında maliyyələşdirilməsi həyata keçirilən dövlət ümumi təhsil müəssisələrinin dövlət büdcəsindən maliyyələşdirilməsi və hər bir təhsilalana düşən illik təhsil xərclərinin miqdarına ümumi təhsilin ayrı-ayrı səviyyələri üzrə artım əmsalının tətbiq edilməsi qaydalarını bir ay müddətində təsdiq edib Azərbaycan Prezidentinə məlumat verməsi tapşırılıb.
Elm və Təhsil Nazirliyi hər növbəti təqvim ili üçün dövlət büdcəsinin vəsaiti hesabına adambaşına maliyyələşdirmə prinsipi əsasında maliyyələşdirilməsi nəzərdə tutulan dövlət ümumi təhsil müəssisələrinin siyahısını və təhsilalanlarının sayını Maliyyə Nazirliyi ilə razılaşdırmaqla müəyyən etməlidir.
Sənəddə qeyd olunub ki, Fərman "Azərbaycan Respublikasının 2022–2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası"nın icrası ilə əlaqədar imzalanıb.
19:07 / 07 Noyabr 2026
33
19:04 / 07 Noyabr 2026
22
18:55 / 07 Noyabr 2026
27
18:53 / 07 Noyabr 2026
67
18:52 / 07 Noyabr 2026
93
18:22 / 07 Noyabr 2026
69
18:12 / 07 Noyabr 2026
78
18:08 / 07 Noyabr 2026
69
17:52 / 07 Noyabr 2026
560
17:37 / 07 Noyabr 2026
249
17:34 / 07 Noyabr 2026
931
17:32 / 07 Noyabr 2026
111
17:30 / 07 Noyabr 2026
100
16:55 / 07 Noyabr 2026
94
16:31 / 07 Noyabr 2026
111
15:55 / 07 Noyabr 2026
122
15:23 / 07 Noyabr 2026
617
15:17 / 07 Noyabr 2026
167
15:02 / 07 Noyabr 2026
316
14:52 / 07 Noyabr 2026
693
14:47 / 07 Noyabr 2026
213
14:41 / 07 Noyabr 2026
322
14:36 / 07 Noyabr 2026
154
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.