Şahin Bağırov elan etdi:Gömrükdə nələr OLACAQ?
04 Noyabr 2026, 15:43
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
724
17.09.2026, 23:38
Yay fəslinin başa çatmasına az vaxt qaldığı bir vaxtda payızın nə zaman başlayacağı maraq doğurur. Havanın tədricən sərinləşdiyi bu günlərdə “Payız nə vaxt başlayır?”, “2026-cı ilin payız bərabərliyi hansı gün olacaq?” kimi suallar gündəmə gəlir.
Oxu24.com xəbər verir ki, fəsillərin dəyişmə tarixləri, xüsusilə yayın başa çatması ilə daha çox diqqət çəkir. Şimal yarımkürəsində payızın başlanğıcını müəyyən edən sentyabr bərabərliyi gecə və gündüzün müddətinin bir-birinə yaxınlaşdığı mühüm tarix hesab olunur.
Qeyd edək ki, 2026-cı ildə astronomik payız 23 sentyabr, çərşənbə günü başlayacaq. Payızın başlanğıcını müəyyən edən sentyabr bərabərliyi Şimal yarımkürəsində yayın başa çataraq payız fəslinin başlaması deməkdir.
Bərabərlik Günəşin görünən hərəkəti zamanı ekvator müstəvisindən keçdiyi və gecə ilə gündüzün müddətinin bir-birinə yaxınlaşdığı dövrdür. Sentyabr bərabərliyindən sonra Şimal yarımkürəsində gecələr uzanmağa, gündüzlər isə qısalmağa başlayır.
Bu tarix astronomik payızın başlanğıcı hesab olunur. Cənub yarımkürəsində isə həmin tarix yaz fəslinin başlanğıcını ifadə edir.
Demək 23 sentyabrdakı bərabərlikdən sonra Şimal yarımkürəsində gündüzlər tədricən qısalacaq, gecələr isə uzanacaq. Azərbaycan da Şimal yarımkürəsində yerləşdiyi üçün bu dəyişiklik payız boyunca müşahidə olunacaq.
Lakin bərabərlik günündə gecə və gündüzün hər yerdə tam olaraq 12 saat olması gözlənilmir. Günəşin doğuş və batış vaxtlarının hesablanmasına atmosferin işığı sındırması və Günəş diskinin görünən ölçüsü kimi amillər təsir edir.
Onu da qeyd edək ki, 2026-cı ilin astronomik qışı isə 21 dekabrda başlayacaq. Bakı vaxtı ilə qış gündönümü 21 dekabrda saat 23:50-də baş verəcək. Bununla da astronomik payız başa çatacaq.
15:43 / 04 Noyabr 2026
47
15:33 / 04 Noyabr 2026
591
15:00 / 04 Noyabr 2026
104
14:58 / 04 Noyabr 2026
538
14:57 / 04 Noyabr 2026
80
14:48 / 04 Noyabr 2026
180
14:40 / 04 Noyabr 2026
167
14:34 / 04 Noyabr 2026
93
14:20 / 04 Noyabr 2026
241
14:15 / 04 Noyabr 2026
227
14:07 / 04 Noyabr 2026
126
14:00 / 04 Noyabr 2026
126
13:45 / 04 Noyabr 2026
121
13:35 / 04 Noyabr 2026
2151
13:24 / 04 Noyabr 2026
274
13:22 / 04 Noyabr 2026
116
13:05 / 04 Noyabr 2026
1286
13:05 / 04 Noyabr 2026
126
12:52 / 04 Noyabr 2026
295
12:49 / 04 Noyabr 2026
352
12:44 / 04 Noyabr 2026
393
12:37 / 04 Noyabr 2026
142
12:35 / 04 Noyabr 2026
123
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.