Sevgi və pul – Üç BÜRC üçündür
03 Noyabr 2026, 03:05
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
255
16.09.2026, 12:09
Din və musəvilik, din və islam, bunları eyniləşdirən cəhətlər, ayıran cəhətlərdən daha azdır. Din insanın yaradılış, kollektiv həyat, ölümdən sonrakı müəmma haqqında inanc halını almış ümumi düşüncə modelidir və şüurun başlanğıc nöqtəsidir.
Musəvilik, islam isə bu ümumi inanc modelinin, yəni dinin içinə dolduruluş yəhudi, ərəb mentalitetidir.
Əgər biz islamın içinə doldurulmuş ərəb mentalitetini təmizləsək ortaya çıxan şey təsəvvüf olacaq, irfan olacaq. Əslində, təsəvvüf, irfan din anlayışına daha uyğundur, nəinki islam.
Farsların və onlardan öyrənən türklərin təsəvvüfə, irfana bu qədər aludə olmasının səbəbi də islamın tərkibindəki ərəb mentalitetindən arınmaq cəhdiydi. Çünki farsın, türkün islamdan öncəki kültürü zor-xoş qəbul etdikləri islamın içində bəslədiyi ərəb adətləriylə zidd idi.
İslamın bu qədər çoxçeşidli olmasının səbəbi də yayıldığı coğrafiyada fərqli kültürlərlə toqquşması və kültürün geri çəkilməməsidir. Məsələn, İran coğrafiyasında insanlar ölülərinin məzarı başında həm Quran oxutdururlar, həm də artıq kültürün bir parçası olan zərdüştlükdən gələn ritual mirasla şam yandırırlar.
Hansında daha səmimidirlər? Əlbəttə ki, kültürün ritualını həyata keçirəndə. Kültür öhdəlik deyil, həyat, düşüncə tərzidir.
İslam bizə görə dindir, ərəbə görə isə onun kültürüdür. Bütün bəşər üçün göndərildiyi iddia edilən Quranın köləliyi ləğv etməməsinin, yəni köləni insanla bir tutmamasının səbəbi də ərəb kültürünə sadiqliyinin nəticəsidir.
Ateist islama, musəviliyə, xristianlığa qarşı deyil, dinə qarşıdır. Ateistin islamı inkar etməsi ərəb kültürünü inkar etməsi deməkdir və bu, absurd sərsəmlikdir. Öz milli kültürünə deyil, islamın içindəki ərəb kültürünə səcdə edən adam ateisti özünə rəqib və ya düşmən kimi görməməlidir.
Ateistin inkar etdiyi dinin adı yoxdur!
02:30 / 03 Noyabr 2026
18
01:55 / 03 Noyabr 2026
72
00:25 / 03 Noyabr 2026
119
00:20 / 03 Noyabr 2026
215
00:15 / 03 Noyabr 2026
159
00:15 / 03 Noyabr 2026
106
00:06 / 03 Noyabr 2026
203
23:44 / 02 Noyabr 2026
189
23:39 / 02 Noyabr 2026
108
23:38 / 02 Noyabr 2026
93
23:37 / 02 Noyabr 2026
133
23:32 / 02 Noyabr 2026
108
23:28 / 02 Noyabr 2026
107
23:24 / 02 Noyabr 2026
186
23:19 / 02 Noyabr 2026
137
23:12 / 02 Noyabr 2026
111
23:05 / 02 Noyabr 2026
129
23:05 / 02 Noyabr 2026
121
22:55 / 02 Noyabr 2026
406
22:48 / 02 Noyabr 2026
337
22:44 / 02 Noyabr 2026
103
22:27 / 02 Noyabr 2026
137
22:25 / 02 Noyabr 2026
115
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.