Sahil Babayev AÇIQLADI:2028-ci ildən tətbiq olunacaq
05 Noyabr 2026, 05:00
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
294
02.09.2026, 19:03
Goranboy rayonunun Nizami kəndi ərazisində baş vermiş hadisə ilə əlaqədar Goranboy Rayon İcra Hakimiyyəti başçısı yanında Fövqəladə Hallar Komissiyasının operativ iclası keçirilib.
Oxu24.com xəbər verir ki, iclasda əhalinin təhlükəsizliyinin təmin edilməsi, sakinlərin yaşayış ünvanlarına təhlükəsiz şəkildə qaytarılması, aidiyyəti dövlət qurumlarının fəaliyyətinin əlaqələndirilməsi və görüləcək təxirəsalınmaz tədbirlər geniş müzakirə olunub.
Hadisə baş verən andan etibarən bütün aidiyyəti dövlət qurumları operativ şəkildə hadisə yerinə cəlb olunub, vəziyyət nəzarətə götürülüb. Həmçinin hadisənin bütün mərhələləri barədə Azərbaycan Respublikası Prezidentinin Administrasiyası, Azərbaycan Respublikasının Baş naziri və Fövqəladə Hallar Nazirliyinə mütəmadi məlumat verilmiş, aidiyyəti dövlət qurumları ilə sıx koordinasiya şəraitində fəaliyyət göstərilib.
İclasda vurğulanıb ki, vətəndaşların təhlükəsizliyi hər zaman əsas prioritetdir və bu istiqamətdə bütün zəruri tədbirlər görülüb. Risklərin tam qiymətləndirilməsindən, təhlükəsizliklə bağlı müvafiq qurumların və Fövqəladə Hallar Nazirliyinin rəyindən sonra sakinlərin saat 18:30-dan etibarən yaşayış ünvanlarına mərhələli şəkildə qayıtmaları təmin ediləcək.
Aidiyyəti qurumların rəhbərlərinə əhalinin təhlükəsizliyinin tam təmin olunması, vətəndaşların yaşayış yerlərinə təhlükəsiz qayıdışının operativ şəkildə təşkil edilməsi, ərazidə nəzarət tədbirlərinin davam etdirilməsi və bütün məsələlərin koordinasiyalı qaydada icra olunması ilə bağlı konkret tapşırıqlar verilib. Baş vermiş hadisə nəticəsində insan tələfatı və xəsarət alan olmayıb./teleqraf
00:23 / 05 Noyabr 2026
36
00:18 / 05 Noyabr 2026
51
00:16 / 05 Noyabr 2026
110
23:48 / 04 Noyabr 2026
115
23:44 / 04 Noyabr 2026
83
23:40 / 04 Noyabr 2026
81
23:35 / 04 Noyabr 2026
81
23:33 / 04 Noyabr 2026
73
23:30 / 04 Noyabr 2026
97
23:26 / 04 Noyabr 2026
62
23:22 / 04 Noyabr 2026
94
23:17 / 04 Noyabr 2026
113
23:14 / 04 Noyabr 2026
71
23:12 / 04 Noyabr 2026
76
23:04 / 04 Noyabr 2026
107
22:59 / 04 Noyabr 2026
147
22:51 / 04 Noyabr 2026
97
22:38 / 04 Noyabr 2026
100
22:34 / 04 Noyabr 2026
118
22:26 / 04 Noyabr 2026
104
22:22 / 04 Noyabr 2026
113
22:16 / 04 Noyabr 2026
2535
22:14 / 04 Noyabr 2026
139
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.