Dolları manata dəyişənlərin nəzərinə
29 Oktyabr 2026, 01:47
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
313
01.09.2026, 14:30
Əməkdar jurnalist,Real TV-nin rəhbəri Mirşahin Ağayev açıqlama yayıb.
Oxu24.com xəbər verir ki,jurnalist açıqlamasında rəhbəri olduğu kanal haqqında məlumatları da qeyd edib.
"Hörmətli İzləyicilər!
Hörmətli Tamaşaçılar!
Real TV yeni mövsümə rəqəmsal platformalarda iş mexanizmini əhəmiyyətli şəkildə yeniləyərək başlayır. Bu prosesə təxminən bir ay əvvəl formalaşdırdığımız peşəkarlardan ibarət Sosial Media şöbəsi rəhbərlik edir.
Azərbaycan telekanallarının avqust ayı üzrə “YouTube” baxış reytinqi göstərir ki, Real TV-nin nəticələri ötən ayla müqayisədə dəfələrlə artıb. Ancaq bu, ümumi mənzərənin yalnız bir hissəsidir:
▪️ Facebook, Instagram və TikTok: 30 460 599 baxış
▪️ “YouTube” daxil olmaqla ümumi nəticə: 34 093 990 baxış
Ötən ay bütün rəqəmsal platformalar üzrə təxmini göstəricimiz 7,34 milyon baxış idi. Avqustda isə bu nəticə 34,09 milyon baxışa yüksəlib. Beləliklə, cəmi bir ay ərzində ümumi baxış sayında təxminən 364,5 faiz artım qeydə alınıb. Başqa sözlə, nəticəmiz ötən ayla müqayisədə 4,6 dəfədən çox artıb.
“YouTube” üzrə nəticə isə ayrıca diqqətəlayiqdir. İyulda 700 min olan baxış sayı avqustda 3 633 391-ə çatıb. Bu, bir ay ərzində 2 933 391 əlavə baxış və ya 419,1 faiz artım deməkdir.
Əlbəttə, rəqəmlər görülən işin miqyasını göstərir. Amma biz bunu son nəticə deyil, yeni mərhələnin başlanğıcı hesab edirik.
Real TV-nin Sosial Media şöbəsinin hər bir üzvünə peşəkarlığına, çevikliyinə və əzmkarlığına görə minnətdarlığımı bildirirəm.
Sizdən isə bir istəyim var, hörmətli izləyicilər: Real TV-ni rəqəmsal platformalar da daxil olmaqla bütün yayım kanallarında izləyin!",-deyə M.Ağayev bildirib.
Jalə
01:47 / 29 Oktyabr 2026
120
01:20 / 29 Oktyabr 2026
246
01:13 / 29 Oktyabr 2026
113
00:04 / 29 Oktyabr 2026
280
23:58 / 28 Oktyabr 2026
87
23:54 / 28 Oktyabr 2026
21637
23:53 / 28 Oktyabr 2026
230
23:46 / 28 Oktyabr 2026
103
23:33 / 28 Oktyabr 2026
225
23:20 / 28 Oktyabr 2026
149
23:19 / 28 Oktyabr 2026
517
23:14 / 28 Oktyabr 2026
81
23:10 / 28 Oktyabr 2026
107
22:50 / 28 Oktyabr 2026
1156
22:45 / 28 Oktyabr 2026
94
22:37 / 28 Oktyabr 2026
89
22:33 / 28 Oktyabr 2026
86
22:29 / 28 Oktyabr 2026
423
20:59 / 28 Oktyabr 2026
94
20:36 / 28 Oktyabr 2026
117
20:29 / 28 Oktyabr 2026
100
20:26 / 28 Oktyabr 2026
93
20:25 / 28 Oktyabr 2026
84
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.