Qurban Bayramov vəfat etdi - FOTO
03 Noyabr 2026, 06:33
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
382
14.08.2026, 13:59
Son zamanlar ictimaiyyətdə magistratura təhsilini başa vuran şəxslərin məcburi hərbi xidmətdən azad edilməsi ilə bağlı müxtəlif təkliflər və müzakirələr səsləndirilməkdədir. Bəs belə bir addımın atılması ordunun komplektləşdirilməsi, peşəkar kadr təminatı və gənclərin hərbi xidmətə marağı baxımından neşə qiymətləndirilməlidir? Dövlətin müdafiə qabiliyyəti və demoqrafik reallıqlar çərçivəsində bu məsələyə yanaşma necə olmalıdır?
Mövzu ilə bağlı Oxu24.com-a hərbi ekspert Emin Həsənli öz özəl şərhini verib.
Emin Həsənli: "Hərbi xidmət zaman itkisi deyil, vacib həyat məktəbidir"
Müsahibimiz bildirib ki, bu cür qərarlar hər tərəfli ölçülüb-biçilməlidir:
"Burada təbii ki, insanların arzu və istəklərindən öncə dövlətin müdafiə və təhlükəsizlik qabiliyyəti dayanır. Azərbaycan dövləti təhsillə bağlı kifayət qədər möhlət hüququ verir — həm bakalavr, həm magistr pilləsi üçün, ali təhsil üçün bir illik müddət ayrılır. Məsələyə demoqrafik baxımdan yanaşsaq, əvvəllər bir ailədə 3-4 oğlan uşağı dünyaya gəlirdisə, indi nadir hallarda 2 oğlan uşağı olur. Bunların da bir qismi təhsilə, bir qismi sağlamlığa görə möhlət alanda, hərbi xidmətdən azad olunanda, bəs kimlər xidmətə gedəcək?"
Hərbi ekspert vurğulayıb ki, dövlət təhsil üçün maksimum şərait yaradır və gənclər 24 yaşadək ali təhsili, 26 yaşadək magistraturanı başa vurub xidmətə gedə bilirlər:
"Hətta magistraturadan sonra doktoranturaya qəbul üçün də şans verilir; qəbul olanlar xidmətdən azad edilir, olunmayanlar isə xidmətə yollanırlar. Hərbi xidmət insanın formalaşması üçün çox vacibdir. Ali təhsilli şəxslərin hərbi xidmətdə olmaları həm sağlamlıqları, həm fiziki-mənəvi hazırlıqları, həm də liderlik qabiliyyətləri baxımından böyük əhəmiyyət kəsb edir. Azərbaycanın bütün bölgələrindən, müxtəlif dünyagörüşünə malik insanlarla bir arada xidmət etmək şəxsiyyətin yetişməsində böyük rol oynayır”.
Emin Həsənli əlavə edib ki, ali təhsilli gənclər gələcəkdə dövlətin müxtəlif idarəetmə orqanlarında təmsil olunacaqlar və bu zaman tabelik münasibətlərini bilmək, Silahlı Qüvvələr haqqında bilik və bacarıqlara yiyələnmək olduqca vacibdir:
"Hesab edirəm ki, hər bir kişi cinsinə mənsub şəxs hərbi xidmətə getməlidir. Bu, zaman itkisi deyil, həm ölkə və dövlət qarşısında borcun yerinə yetirilməsi, həm də həyatda zəruri olan bilik və vərdişlərin qazanılması üçün vacibdir. Xidmətdə olan şəxslər həyatın enişli-yoxuşlu anlarında daha düzgün və asan qərarlar qəbul edə bilirlər”.
Çimnaz Telmanqızı
06:33 / 03 Noyabr 2026
11
03:05 / 03 Noyabr 2026
85
02:30 / 03 Noyabr 2026
143
01:55 / 03 Noyabr 2026
154
00:25 / 03 Noyabr 2026
169
00:20 / 03 Noyabr 2026
359
00:15 / 03 Noyabr 2026
258
00:15 / 03 Noyabr 2026
167
00:06 / 03 Noyabr 2026
325
23:44 / 02 Noyabr 2026
280
23:39 / 02 Noyabr 2026
141
23:38 / 02 Noyabr 2026
138
23:37 / 02 Noyabr 2026
191
23:32 / 02 Noyabr 2026
135
23:28 / 02 Noyabr 2026
141
23:24 / 02 Noyabr 2026
282
23:19 / 02 Noyabr 2026
167
23:12 / 02 Noyabr 2026
143
23:05 / 02 Noyabr 2026
172
23:05 / 02 Noyabr 2026
150
22:55 / 02 Noyabr 2026
542
22:48 / 02 Noyabr 2026
491
22:44 / 02 Noyabr 2026
122
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.