Qurban Bayramov vəfat etdi - FOTO
03 Noyabr 2026, 06:33
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
298
14.08.2026, 11:30
Son illərdə Azərbaycanın turizm sektoru sürətlə inkişaf etsə də, ölkəyə gələn xarici qonaqların ortalama qalma müddətinin azlığı əsas problemlərdən biri kimi qalmaqdadır. Çox vaxt xarici turistlər səfərlərini yalnız Bakı ilə məhdudlaşdırır və ölkəni daha çox qısamüddətli və ya tranzit dayanacaq kimi dəyərləndirirlər. Zəngin turizm potensialı olmasına baxmayaraq, regionların vahid marşrutlara tam inteqrasiya olunmaması və mövsümilik amili turistlərin ölkədə daha uzun müddət qalmasına mane olur. 2025-ci ildə ölkəyə 2,57 milyondan çox səfərin qeydə alınması böyük maraqdan xəbər versə də, artıq növbəti mərhələdə əsas hədəf kəmiyyət göstəricilərindən keyfiyyətə keçməkdir. Yəni diqqət yalnız gələn turist sayına deyil, onların ölkədə keçirdiyi gecələrin və xərclədiyi vəsaitin artırılmasına yönəldilməlidir. Bəs xarici turistlərin Azərbaycanda qalma müddətini uzatmaq və ölkəni son dayanacağa çevirmək üçün nə çatışmır?
Mövzu ilə bağlı Oxu24.com-a açıqlama verən turizm məsələləri üzrə ekspert Rəhman Quliyev bildiri ki, turistin ölkədə daha uzun müddət qalması üçün Bakıdan kənarda da rəqabət qabiliyyətli turizm məhsulları və hazır marşrutlar daha geniş təqdim olunmalıdır:
"Hazırda turistlərin əhəmiyyətli hissəsi səfərini Bakı ilə məhdudlaşdırır və bu da onların ölkədə qalma müddətinə birbaşa təsir edir. Halbuki Şəki, Qəbələ, Quba, Şamaxı, Qarabağ və Şərqi Zəngəzur kimi istiqamətlərin vahid 5-7 günlük turizm paketlərinə çevrilməsi böyük imkan yarada bilər”.
Digər mühüm məsələnin mövsümilik olduğunu qeyd edən ekspert vurğulayıb ki, turist yalnız yayda deyil, qışda da sağlamlıq, qastronomiya, ekoturizm və mədəni turizm məqsədilə də Azərbaycana gəlməlidir. Bunun üçün sadəcə görməli yerləri tanıtmaq kifayət deyil, turistə “Azərbaycanda 3 gün deyil, 7 gün niyə qalmalıyam?” sualının konkret cavabı verilməlidir. Nəqliyyat əlçatanlığı, regionlararası logistika, xidmət keyfiyyəti və qiymətlərin turist üçün proqnozlaşdırıla bilən olması da bu baxımdan mühüm amillərdir.
Son olaraq Rəhman Quliyev əlavə edib ki, Azərbaycanın turizm potensialı kifayət qədər genişdir. Növbəti mərhələdə əsas hədəf turist sayından çox, turistin ölkədə keçirdiyi gecələrin və xərclədiyi vəsaitin artırılması olmalıdır.
Çimnaz Telmanqızı
06:33 / 03 Noyabr 2026
11
03:05 / 03 Noyabr 2026
85
02:30 / 03 Noyabr 2026
143
01:55 / 03 Noyabr 2026
154
00:25 / 03 Noyabr 2026
169
00:20 / 03 Noyabr 2026
359
00:15 / 03 Noyabr 2026
258
00:15 / 03 Noyabr 2026
167
00:06 / 03 Noyabr 2026
325
23:44 / 02 Noyabr 2026
280
23:39 / 02 Noyabr 2026
141
23:38 / 02 Noyabr 2026
138
23:37 / 02 Noyabr 2026
191
23:32 / 02 Noyabr 2026
135
23:28 / 02 Noyabr 2026
141
23:24 / 02 Noyabr 2026
282
23:19 / 02 Noyabr 2026
167
23:12 / 02 Noyabr 2026
143
23:05 / 02 Noyabr 2026
172
23:05 / 02 Noyabr 2026
150
22:55 / 02 Noyabr 2026
542
22:48 / 02 Noyabr 2026
491
22:44 / 02 Noyabr 2026
122
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.