Qurban Bayramov vəfat etdi - FOTO
03 Noyabr 2026, 06:33
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
324
05.08.2026, 18:15
2026/2027-ci tədris ili üzrə orta ixtisas təhsili müəssisələrində ən yüksək illik təhsil haqqı 1 300 manat təşkil edir.
Oxu24.com xəbər verir ki, Dövlət İmtahan Mərkəzinin (DİM) nəşr etdiyi "Abituriyent" jurnalına əsasən, bu məbləğ bir neçə kollecdə müxtəlif ixtisaslar üzrə müəyyən edilib.
Ən yüksək təhsil haqqı tələb olunan kolleclər və ixtisaslar aşağıdakıdır:
Bakı Biznes və Kooperasiya Kolleci
Bu kollecdə "kargüzarlıq və arxiv işi", "bank işi", "bələdiyyə işi", "kommersiya işi", "marketinq" (sahələr üzrə), "sığorta işi", "vergi işi", "kompüter sistemlərinin təmiri və servisi", "nəqliyyat logistikası", "sosial iş", "turizm işinin təşkili", "maliyyə işi" (Azərbaycan və rus bölmələri), "kompüter şəbəkələri və şəbəkə inzibatçılığı" (Azərbaycan və rus bölmələri) ixtisasları üzrə illik təhsil haqqı 1 300 manat müəyyən edilib.
Azərbaycan Texniki Universitetinin nəzdində Bakı Texniki Kolleci
Bu təhsil müəssisəsində "nəqliyyatda avtomatlaşdırılmış idarəetmə sistemləri" ixtisası üzrə illik təhsil haqqı 1 300 manatdır.
Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin nəzdində Bakı Neft-Energetika Kolleci
Bu kollecdə "sənaye müəssisələrinin elektrik avadanlıqlarının quraşdırılması və istismarı", "neft-qaz quyularının istismarı", "neft-qaz çıxarılması", "neft-qaz yataqlarının geologiyası və işlənilməsi", "neft və qaz", "neft-qaz qurğuları", "mühasibat uçotu" ixtisaslarında təhsil almaq istəyənlər illik 1 300 manat təhsil haqqı ödəyəcəklər.
Bakı Dövlət Universitetinin nəzdində İqtisadiyyat və Humanitar Kolleci
Bu kollecdə "bank işi", "maliyyə işi" və "mühasibat uçotu" ixtisasları üzrə illik təhsil haqqı 1 200 manat təşkil edir.
Azərbaycan Dövlət İqtisad Universitetinin nəzdində Maliyyə-İqtisad Kolleci
Bu təhsil müəssisəsində isə "bank işi", "maliyyə işi", "mühasibat uçotu" və "vergi işi" ixtisaslarının illik təhsil haqqı 1 100 manat müəyyən olunub. /Modern.az
06:33 / 03 Noyabr 2026
11
03:05 / 03 Noyabr 2026
85
02:30 / 03 Noyabr 2026
143
01:55 / 03 Noyabr 2026
154
00:25 / 03 Noyabr 2026
169
00:20 / 03 Noyabr 2026
359
00:15 / 03 Noyabr 2026
258
00:15 / 03 Noyabr 2026
167
00:06 / 03 Noyabr 2026
325
23:44 / 02 Noyabr 2026
280
23:39 / 02 Noyabr 2026
141
23:38 / 02 Noyabr 2026
138
23:37 / 02 Noyabr 2026
191
23:32 / 02 Noyabr 2026
135
23:28 / 02 Noyabr 2026
141
23:24 / 02 Noyabr 2026
282
23:19 / 02 Noyabr 2026
167
23:12 / 02 Noyabr 2026
143
23:05 / 02 Noyabr 2026
172
23:05 / 02 Noyabr 2026
150
22:55 / 02 Noyabr 2026
542
22:48 / 02 Noyabr 2026
491
22:44 / 02 Noyabr 2026
122
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.