Qurban Bayramov vəfat etdi - FOTO
03 Noyabr 2026, 06:33
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
601
05.08.2026, 10:54
Məktəblərdə tamştatlı əməkhaqqı sisteminə keçidlə bağlı aparılan müzakirələr müəllim əməyinin qiymətləndirilməsində yeni yanaşmaları gündəmə gətirib. Milli Məclisin deputatı Elnarə Akimova gələcəkdə müəllimlərin əməkhaqqının yalnız dərs yükünə əsasən deyil, həm də hazırladıqları şagirdlərin əldə etdikləri nəticələr nəzərə alınmaqla diferensiallaşdırıla biləcəyini təklif edib. Təklif olunan bu model müəllimlər arasında stimullaşdırmanı artırmaq məqsədi daşısa da, onun obyektiv və şəffaf meyarlar əsasında həyata keçirilməsi zərurəti yaranır. Şagirdlərin fərqli bilik səviyyələri və təlim şəraiti nəzərə alındıqda, belə bir sistemin tətbiqi təhsil müstəvisində müəyyən suallar və risklər ortaya çıxarır. Ekspertlər hesab edirlər ki, mexanizmin düzgün qurulmaması müəllim əməyinin qiymətləndirilməsində çətinliklərə yol aça bilər.
Mövzu ilə bağlı Oxu24.com-a açıqlama verən təhsil eksperti Qoşqar Məhərrəmov bildirib ki, orta məktəblərdə aylıq əsas məvacibin sırf şagirdlərin nəticələrinə görə diferensiallaşdırılması müəyyən çətinliklər yarada bilər:
"Şagirdlərin hazırlıq prosesi və fərqli siniflərdə təhsil alması baxımından müxtəlif mürəkkəbliklər mövcuddur. Düşünürəm ki, müəllimlər üçün sabit bir baza məvacibi olmalıdır. Şagirdlərin uğurlarına görə isə aylıq maaşı dəyişmək əvəzinə, ilin sonunda birdəfəlik mükafat xarakterli ödənişlərin edilməsi daha məqsədəuyğundur”.
Ekspert bu modelin sertifikatlaşdırma sisteminə bənzər şəkildə qurula biləcəyini vurğulayıb:
"Sertifikatlaşdırma imtahanında yüksək bal toplayan müəllimlərə tətbiq edilən faiz əlavələri kimi, müəllimlərin hazırladığı şagirdlər müəyyən uğur göstəricisini keçdikdə, onlara illik bir dəfə – məsələn, 3000 və ya 5000 manat civarında mükafat ödənilə bilər. Bu yanaşma müəllimlərin işə məsuliyyətini və performansını artırar, tədrisə daha motivasiyalı yanaşmalarına təkan verər".
Qoşqar Məhərrəmov əlavə edib ki, əsas əməkhaqqının diferensiallaşdırılması şagird nəticələrindən daha çox müəllimin öz peşəkar göstəricilərinə dayanmalıdır:
"Müəllimin magistratura və ya doktorantura təhsilinin olması, xüsusi elmi və pedaqoji uğurları, eləcə də iş təcrübəsi nəzərə alınmalıdır. Məsələn, 5 ildən və ya 10 ildən artıq stajı olan müəllimlərə fərqli əmsalların tətbiq edilməsinin tərəfdarıyam. Lakin sırf şagirdin uğuruna əsaslanaraq müəllimin aylıq maaşını müəyyənləşdirmək düzgün deyil. Şagird göstəriciləri yalnız illik həvəsləndirici ödənişlər şəklində nəzərə alınmalıdır".
Çimnaz Telmanqızı
06:33 / 03 Noyabr 2026
11
03:05 / 03 Noyabr 2026
85
02:30 / 03 Noyabr 2026
143
01:55 / 03 Noyabr 2026
154
00:25 / 03 Noyabr 2026
169
00:20 / 03 Noyabr 2026
359
00:15 / 03 Noyabr 2026
258
00:15 / 03 Noyabr 2026
167
00:06 / 03 Noyabr 2026
325
23:44 / 02 Noyabr 2026
280
23:39 / 02 Noyabr 2026
141
23:38 / 02 Noyabr 2026
138
23:37 / 02 Noyabr 2026
191
23:32 / 02 Noyabr 2026
135
23:28 / 02 Noyabr 2026
141
23:24 / 02 Noyabr 2026
282
23:19 / 02 Noyabr 2026
167
23:12 / 02 Noyabr 2026
143
23:05 / 02 Noyabr 2026
172
23:05 / 02 Noyabr 2026
150
22:55 / 02 Noyabr 2026
542
22:48 / 02 Noyabr 2026
491
22:44 / 02 Noyabr 2026
122
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.