Əmək pensiyası ilə bağlı RƏSMİ AÇIQLAMA
03 Noyabr 2026, 10:44
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
532
04.08.2026, 18:00
Nazirlər Kabinetinin 2026-cı il 17 iyul tarixli 218 nömrəli qərarının icrası ilə əlaqədar Elm və Təhsil Nazirliyi tərəfindən məktəbəqədər təhsil sahəsində valideyn-dövlət-özəl əməkdaşlığına əsaslanan maliyyələşmə müsabiqəsi elan edilir.
Bu barədə Elm və Təhsil Nazirliyindən məlumat verilib.
Bildirilib ki, müsabiqənin əsas məqsədi 2026/2027-ci tədris ilində məktəbəqədər təhsil sahəsində valideyn-dövlət-özəl əməkdaşlığına əsaslanan maliyyələşmə modelinin tətbiqi ilə məktəbəqədər təhsilin əhatə dairəsinin genişləndirilməsidir.
Müsabiqədə “Lisenziyalar və icazələr haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən məktəbəqədər təhsil fəaliyyətinə lisenziya verilmiş özəl təhsil müəssisələri iddiaçı qismində iştirak etmək hüququna malikdirlər.
Müsabiqəyə qoşulmaq istəyən özəl məktəbəqədər təhsil müəssisələrinin sənəd qəbulu 5 avqust 2026-ci il tarixindən başlayaraq 20 avqust 2026-cı il tarixi də daxil olmaqla //anket.edu.az/user/364 saytı vasitəsilə həyata keçiriləcək.
Müsabiqənin keçirilmə qaydası, iştirak üçün tələb edilən sənədlər, müsabiqəyə təqdim olunacaq layihə təkliflərinə dair tələblər, layihə təkliflərinin qiymətləndirilməsi, müsabiqə qaliblərinin seçilməsi meyarları barədə məlumatları əks etdirən şərtlər toplusu ilə aşağıdakı keçid vasitəsilə tanış olmaq mümkündür.
Qeyd edək ki, müsabiqə çərçivəsində 2026/2027-ci tədris ili ərzində özəl məktəbəqədər təhsil müəssisələrində 8000 təhsilalanın maliyyələşdirilməsi nəzərdə tutulur.
11:01 / 03 Noyabr 2026
4
10:51 / 03 Noyabr 2026
35
10:44 / 03 Noyabr 2026
57
10:39 / 03 Noyabr 2026
43
10:30 / 03 Noyabr 2026
100
10:27 / 03 Noyabr 2026
110
10:24 / 03 Noyabr 2026
48
10:20 / 03 Noyabr 2026
77
10:17 / 03 Noyabr 2026
112
10:01 / 03 Noyabr 2026
293
10:00 / 03 Noyabr 2026
81
09:58 / 03 Noyabr 2026
73
09:31 / 03 Noyabr 2026
77
09:29 / 03 Noyabr 2026
80
09:28 / 03 Noyabr 2026
86
07:35 / 03 Noyabr 2026
161
06:33 / 03 Noyabr 2026
177
03:05 / 03 Noyabr 2026
503
02:30 / 03 Noyabr 2026
604
01:55 / 03 Noyabr 2026
286
00:25 / 03 Noyabr 2026
214
00:20 / 03 Noyabr 2026
495
00:15 / 03 Noyabr 2026
344
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.