Azərbaycan ilə Gürcüstan arasında mədəni əməkdaşlıq məsələləri müzakirə olunub
09 İyul 2026, 16:32
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
83
09.07.2026, 14:30
Xırdalan bələdiyyəsinin sabiq sədrinin qanunsuz əməlləri ilə bağlı cinayət işi məhkəməyə göndərilib.
Baş Prokurorluğun Mətbuat xidmətindən Oxu24.com verilən məlumata görə, Abşeron rayonu Xırdalan bələdiyyəsinin sədri vəzifəsində işləmiş Musayev Orxan Elxan oğlunun qanunsuz əməlləri ilə bağlı Ədliyyə Nazirliyinin Bələdiyyələrlə İş Baş İdarəsindən daxil olmuş material əsasında Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində başlanmış cinayət işinin istintaqı yekunlaşıb.
İstintaqla Orxan Musayevin 2020-2025-ci illərdə qeyd olunan vəzifədə işləyərkən vəzifə səlahiyyətlərindən sui-istifadə etməklə Xırdalan bələdiyyəsinə məxsus 1.92 ha torpaq sahəsini 75 şəxsə qanunvericiliklə müəyyən edilmiş qiymətdən ucuz qiymətə satmaqla 600 min manatdan artıq ziyan vurmasına əsaslı şübhələr müəyyən edilib.
Bundan başqa, ibtidai istintaq zamanı cinayət işi üzrə toplanmış sübutlar əsasında təqsirləndirilən şəxsin öz qulluq mövqeyindən istifadə etməklə etibar edilmiş külli miqdarda bələdiyyə əmlakını mənimsəmə və israf etmə yolu ilə talamasına, habelə tamah niyyəti ilə rəsmi sənədlərə bilə-bilə yalan məlumatlar daxil etməklə vəzifə saxtakarlığı törətməsinə dair qanunsuz əməlləri də ifşa olunub.
Toplanmış sübutlar əsasında Orxan Musayevə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 179.3.2 (külli miqdarda ziyan vurmaqla mənimsəmə), 308.2 (ağır nəticələrə səbəb olan vəzifə səlahiyyətlərində sui-istifadə etmə) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə ittiham elan edilməklə barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilib.
Cinayət işi baxılması üçün aidiyyəti üzrə Sumqayıt Ağır Cinayətlər Məhkəməsinə göndərilib.
16:36 / 09 İyul 2026
11
16:32 / 09 İyul 2026
19
16:20 / 09 İyul 2026
23
16:11 / 09 İyul 2026
40
15:55 / 09 İyul 2026
52
15:52 / 09 İyul 2026
49
15:28 / 09 İyul 2026
74
15:10 / 09 İyul 2026
65
15:08 / 09 İyul 2026
66
14:56 / 09 İyul 2026
70
14:53 / 09 İyul 2026
81
14:43 / 09 İyul 2026
81
14:35 / 09 İyul 2026
82
14:24 / 09 İyul 2026
82
14:18 / 09 İyul 2026
81
13:58 / 09 İyul 2026
88
13:54 / 09 İyul 2026
88
13:34 / 09 İyul 2026
89
13:32 / 09 İyul 2026
72
13:30 / 09 İyul 2026
81
13:19 / 09 İyul 2026
78
12:58 / 09 İyul 2026
69
12:54 / 09 İyul 2026
74
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.