5 oktyabrla bağlı XƏBƏRDARLIQ
04 Oktyabr 2026, 18:44
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
603
09.07.2026, 15:28
AZCON Holding şirkətlərindən olan Azərbaycan Hava Yolları (AZAL) 2026-cı ilin ilk altı ayı ərzində marşrut şəbəkəsinin genişləndirilməsi, donanmanın yeni nəsil hava gəmiləri ilə gücləndirilməsi, rəqəmsal xidmətlərin inkişafı və beynəlxalq tərəfdaşlıqların artırılması istiqamətində fəaliyyətini davam etdirib. Hesabat dövründə aviaşirkət həm əməliyyat göstəricilərini yaxşılaşdırıb, həm də sərnişinlər üçün bir sıra yeni xidmət və həlləri istifadəyə verib.
AZAL-dan Oxu24.com-a verilən məlumata görə, bu müddətdə Azərbaycan Hava Yolları tərəfindən ümumilikdə 1,9 milyon sərnişinə xidmət göstərilib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 5% artım təşkil edir. Beynəlxalq istiqamətlərə səyahət edən sərnişinlərin sayı 4% artaraq 1,6 milyona çatıb. Bundan əlavə, aviaşirkət tərəfindən ümumilikdə 8,462 reys yerinə yetirilib (7% artım göstərərək). Onlardan 6,566-sı beynəlxalq reys olub və beynəlxalq reyslərin sayı da 7% artıb. Həmçinin orta yüklənmə faktoru 79%, punktuallıq göstəricisi isə 81% təşkil edib.
Məlumata görə, 2026-cı ilin ilk yarısında Azərbaycanın milli aviadaşıyıcısı marşrut şəbəkəsinin genişləndirilməsi istiqamətində mühüm addımlar atıb. Belə ki, aviaşirkət Şımkentə birbaşa uçuşlara başlayıb, Aktöbə, Atırau, Brüssel və Qars istiqamətləri üzrə isə müntəzəm reyslər üçün bilet satışını açaraq sərnişinlər üçün yeni səyahət imkanları yaradıb. Hesabat dövrünün sonuna Azərbaycan Hava Yollarının müntəzəm marşrut şəbəkəsi 52 istiqaməti əhatə edib. Aviaşirkətin genişlənən marşrut şəbəkəsində sərnişinlər ən çox Moskva, İstanbul, Tbilisi, Təl-Əviv və Ankara şəhərlərinə səyahət etməyə üstünlük verib.
Eyni zamanda, donanmaya 3 yeni nəsil “Airbus” təyyarəsi – 2 “Airbus A320neo” və AZAL tarixində ilk “Airbus A321neo əlavə olunub və istismarda olan təyyarələrin ümumi sayı 29-a çatdırılıb.
Bununla yanaşı, ölkədaxili ən intensiv marşrutlardan biri olan Bakı–Naxçıvan–Bakı xətti üzrə 1,868 reys həyata keçirilib və 367,651 sərnişin daşınıb. Hər iki göstərici üzrə ötən ilin eyni dövrü ilə müqayisədə 10% artım qeydə alınıb. Ən yüksək əməliyyat yükü qeydə alınan gündə isə bu marşrut üzrə 25 reys icra olunub.
Cari ilin ilk 6 ayı ərzində Azərbaycan Hava Yolları sərnişin təcrübəsinin təkmilləşdirilməsi və rəqəmsal xidmətlərin genişləndirilməsi istiqamətində də bir sıra yenilikləri istifadəyə verib. Aviaşirkət onlayn əlavə baqaj xidmətinin 32 kiloqramadək genişləndirilməsini təmin edib, onlayn bilet alışı zamanı “Stopover” xidmətinin əlavə edilməsi imkanını yaradıb, “Rental Car” xidmətini istifadəyə verib. Eyni zamanda, Çin sərnişinləri üçün “Alipay” və “WeChat Pay”, Özbəkistan vətəndaşları üçün isə “HUMO” və “UZCARD” ödəniş sistemləri ilə inteqrasiya həyata keçirilib. Bundan əlavə, Bakcell ilə əməkdaşlıq çərçivəsində aviaşirkətin sərnişinləri üçün xüsusi rouminq paketləri təqdim olunub.
Ötən dövr ərzində aviaşirkət uçuşların təhlükəsizliyini əsas prioritet kimi qoruyaraq əməliyyat fəaliyyətinin davamlılığını təmin edib.
18:44 / 04 Oktyabr 2026
1
18:34 / 04 Oktyabr 2026
31
17:50 / 04 Oktyabr 2026
62
17:45 / 04 Oktyabr 2026
63
17:35 / 04 Oktyabr 2026
72
17:30 / 04 Oktyabr 2026
378
17:23 / 04 Oktyabr 2026
191
17:20 / 04 Oktyabr 2026
49
16:58 / 04 Oktyabr 2026
1843
16:56 / 04 Oktyabr 2026
176
16:55 / 04 Oktyabr 2026
138
16:53 / 04 Oktyabr 2026
155
16:51 / 04 Oktyabr 2026
79
16:49 / 04 Oktyabr 2026
71
14:30 / 04 Oktyabr 2026
98
14:04 / 04 Oktyabr 2026
132
14:00 / 04 Oktyabr 2026
97
13:55 / 04 Oktyabr 2026
71
13:44 / 04 Oktyabr 2026
290
13:40 / 04 Oktyabr 2026
77
13:30 / 04 Oktyabr 2026
69
13:15 / 04 Oktyabr 2026
90
12:55 / 04 Oktyabr 2026
99
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.