Gicitkən çayı - kimlər içməlidir?
10 Noyabr 2026, 05:27
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
546
09.07.2026, 14:53
Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) satış obyektlərində satışa çıxarılan meyvə şirəsi və nektar məhsulları üzrə nəzarət tədbirləri həyata keçirib.
AQTA-dan Oxu24.com-a verilən məlumata görə, monitorinq çərçivəsində 16 istehsalçı müəssisəyə məxsus 17 məhsuldan nümunələr götürülərək qida rəngləyiciləri, qoruyucu maddələr və orqanoleptik göstəricilər üzrə laborator müayinələrə təqdim olunub.
Sınaq nəticələrinə əsasən, 4 istehsalçı müəssisəyə məxsus 5 məhsulda meyvə və tərəvəz nektarları, eləcə də konsentratlarından əldə olunan məhsullarda istifadəsinə yol verilməyən rəngləyici maddələr aşkarlanıb.
Uyğunsuzluqlar "Göyçay Süd" ASC, "Drop Be-Az" MMC, "İmperial 01" MMC və "LG Konserv" MMC-yə məxsus məhsullarda müəyyən edilib.
Bundan əlavə, "İmperial 01" MMC-yə məxsus nar şirəsi emalı müəssisəsində aparılmış yoxlama zamanı ciddi sanitariya-gigiyena pozuntuları aşkarlanıb. Bununla əlaqədar müəssisənin fəaliyyəti məhdudlaşdırılıb.
Qeyd edək ki, müvafiq normativ sənədin tələblərinə əsasən, aşkarlanan rəngləyici maddələrin yalnız dad-aromatik maddələr əlavə edilmiş içkilərdə istifadəsinə icazə verilir. Meyvə şirələri və nektarlarda isə həmin maddələrin istifadəsinə yol verilmir.
Aşkarlanmış uyğunsuzluqlarla bağlı qanunvericiliyin tələblərinə uyğun olaraq müvafiq tədbirlər görülüb və icrası məcburi göstərişlər verilib. Qəbul edilmiş müvafiq qərar əsasında ticarət şəbəkələrindən geri çağırılmış məhsul partiyalarının məhv edilməsi nəzərdə tutulur.
04:34 / 10 Noyabr 2026
60
04:12 / 10 Noyabr 2026
74
02:34 / 10 Noyabr 2026
119
02:02 / 10 Noyabr 2026
115
01:30 / 10 Noyabr 2026
214
01:19 / 10 Noyabr 2026
366
01:00 / 10 Noyabr 2026
165
00:25 / 10 Noyabr 2026
686
00:20 / 10 Noyabr 2026
135
00:14 / 10 Noyabr 2026
333
00:08 / 10 Noyabr 2026
129
23:52 / 09 Noyabr 2026
220
23:52 / 09 Noyabr 2026
1871
23:48 / 09 Noyabr 2026
136
23:42 / 09 Noyabr 2026
343
23:37 / 09 Noyabr 2026
374
23:32 / 09 Noyabr 2026
168
23:28 / 09 Noyabr 2026
180
23:23 / 09 Noyabr 2026
142
23:17 / 09 Noyabr 2026
223
23:12 / 09 Noyabr 2026
170
23:09 / 09 Noyabr 2026
143
23:01 / 09 Noyabr 2026
144
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.