Onlar varlanacaqlar
04 Oktyabr 2026, 21:07
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
498
09.07.2026, 14:35
Qaraciyər xəstəlikləri müasir tibbin ən aktual problemlərindən biri olaraq qalmaqda və hər il milyonlarla insanın həyat keyfiyyətinə ciddi təsir göstərməkdədir. Bu xəstəliklər arasında ən çox qorxu yaradan və yanlış anlaşılanlardan biri isə qaraciyər sirrozudur. İnsanlar arasında sirrozun tamamilə ümidsiz bir diaqnoz olduğu düşünülsə də, müasir tibbi yanaşmalar bu baxışı dəyişməyi hədəfləyir.
Mövzu ilə bağlı Oxu24.com saytına açıqlama verən həkim-infeksionist Dr. Zəba Hüseynova xəstəliyin mahiyyəti, fəsadları və qorunma yolları haqqında vacib məqamlara toxunub. Mütəxəssis xüsusilə vurğulayıb ki, sirrozun qarşısının alınması və idarə olunması erkən diaqnostika ilə birbaşa bağlıdır.
Sirroz nədir və tam sağalırmı?
Həkim-infeksionist Dr. Zəba Hüseynova bildirib ki, qaraciyər sirrozu bu orqanda yaranmış çapıqlaşma prosesidir və tibbi dildə geri dönməz hesab olunur. Yəni hər hansı bir müalicə ilə artıq formalaşmış çapıq toxumasını yenidən normal qaraciyər toxumasına çevirmək mümkün deyil:“Ümidsizliyə qapılmaq lazım deyil! Sirroza səbəb olan amillər vaxtında aradan qaldırılarsa, xəstəliyin daha da irəliləməsinin və ağır fəsadlarının qarşısı uğurla alına bilər.
Düzgün müalicə və ciddi həkim nəzarəti altında qaraciyərin yerdə qalan sağlam hissəsi öz funksiyalarını uzun müddət yerinə yetirməyə qadirdir. Müalicədə əsas məqsəd xəstəliyi tamamilə yox etmək yox, onun irəliləməsini dayandırmaqdır”.
Mütəxəssis xəstəliyin inkişafına təkan verən əsas risk faktorlarını aşağıdakı kimi sıralayıb:
•Virus hepatitləri (xüsusilə Hepatit B və C)
•Alkoqol qəbulu
•Həddən artıq piylənmə və qaraciyər yağlanması
•Digər zərərli vərdişlər
Dr. Zəba Hüseynova qaraciyəri "dilsiz orqan" adlandırıb. Çünki bəzən heç bir ilkin əlamət göstərmədən qaraciyər zədələnə və hətta sirroz inkişaf edə bilər. Xəstəlik nəzarətsiz qaldıqda isə aşağıdakı ciddi və həyati təhlükəli fəsadlar yaranır:
1.Assit (Qarında maye toplanması)
2.Qida borusu venalarının varikozu və bundan qaynaqlanan daxili qanaxmalar
3.Qaraciyər çatışmazlığı (Dekompense sirroz)
4.HCC (Qaraciyər xərçəngi)
Həkim infeksionist qaraciyər sağlamlığını qorumaq və sirroz riskini minimuma endirmək üçün hər kəsə bu tövsiyələrə əməl etməyi çağırıb:
•Mütəmadi müayinə: Əgər risk qrupundasınızsa, virus hepatitlərinə qarşı mütəmadi olaraq yoxlanın.
•Peyvəndləmə: Əgər Hepatit B-yə qarşı peyvəndiniz yoxdursa, mütləq vaksinasiya olunmağa tələsin.
•Zərərli vərdişlərdən imtina: Alkoqol və digər toksiki vasitələrdən uzaq durun.
•Dərmanların düzgün istifadəsi: Həkim məsləhəti olmadan, gərəksiz və nəzarətsiz dərman preparatları qəbul etməyin.
"Sağlamlığınız dəyərlidir, onu qorumaq öz əlinizdədir”, - deyə sonda Dr. Zəba Hüseynova qeyd edib.
21:07 / 04 Oktyabr 2026
28
20:53 / 04 Oktyabr 2026
47
20:43 / 04 Oktyabr 2026
46
20:21 / 04 Oktyabr 2026
50
20:06 / 04 Oktyabr 2026
81
19:55 / 04 Oktyabr 2026
61
19:44 / 04 Oktyabr 2026
177
19:23 / 04 Oktyabr 2026
65
19:16 / 04 Oktyabr 2026
110
19:09 / 04 Oktyabr 2026
100
18:44 / 04 Oktyabr 2026
92
18:34 / 04 Oktyabr 2026
71
17:50 / 04 Oktyabr 2026
95
17:45 / 04 Oktyabr 2026
89
17:35 / 04 Oktyabr 2026
93
17:30 / 04 Oktyabr 2026
601
17:23 / 04 Oktyabr 2026
503
17:20 / 04 Oktyabr 2026
65
16:58 / 04 Oktyabr 2026
3184
16:56 / 04 Oktyabr 2026
425
16:55 / 04 Oktyabr 2026
291
16:53 / 04 Oktyabr 2026
602
16:51 / 04 Oktyabr 2026
104
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.