10-15° şaxta,intensiv yağış olacaq - XƏBƏRDARLIQ
10 Noyabr 2026, 12:37
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
667
25.06.2026, 10:03
Milli Məclisin Aqrar siyasət komitəsinin bu gün keçirilən iclasında "Balıqçılıq haqqında" qanun layihəsi müzakirəyə çıxarılıb.
Oxu24.com xəbər verir ki, sənəd Azərbaycanda balıqçılığın, o cümlədən balıq və digər su bioresurslarının ovunun və akvakulturanın təşkilinin, idarə edilməsinin, balıq və digər su bioresurslarının artırılmasının, istifadəsinin və mühafizəsinin hüquqi əsaslarını müəyyən edir.
Balıqçılıq haqqında qanunvericilik həmçinin Konstitusiyadan, ölkənin tərəfdar çıxdığı beynəlxalq müqavilələrdən, Su Məcəlləsindən, "Qida təhlükəsizliyi haqqında", "Heyvanlar aləmi haqqında", "Damazlıq heyvandarlıq haqqında", "Baytarlıq haqqında", "Sanitariya-epidemioloji salamatlıq haqqında" qanunlardan və digər normativ hüquqi aktlardan ibarətdir.
Balıqçılığın təşkili, balıq və digər su bioresurslarının artırılması, istifadəsi və mühafizəsi ilə əlaqədar yaranan su, torpaq, əmlak, ətraf mühitin mühafizəsi, balıq məhsulunun minimum keyfiyyətinin və təhlükəsizliyinin idarə olunması və digər münasibətlər bu Qanunun tələbləri nəzərə alınmaqla müvafiq normativ hüquqi aktlarla tənzimlənir.
Xəzər dənizinin (gölünün) Azərbaycana mənsub olan bölməsində balıqçılığın təşkili, balıq və digər su bioresurslarının artırılması, istifadəsi və mühafizəsi bu Qanunla, habelə su qanunvericiliyi, ölkənin tərəfdar çıxdığı beynəlxalq müqavilələrlə və digər beynəlxalq hüquq normaları ilə tənzimlənir.
Sərhəd su obyektlərində balıqçılığın təşkili, balıq və digər su bioresurslarının artırılması, istifadəsi və mühafizəsi su və dövlət sərhədi haqqında normativ hüquqi aktlar, habelə ölkənin tərəfdar çıxdığı beynəlxalq müqavilələr nəzərə alınmaqla bu Qanunla tənzimlənir.
Ələt azad iqtisadi zonasında balıqçılıq sahəsində münasibətlər "Ələt azad iqtisadi zonası haqqında" qanunun tələblərinə uyğun olaraq tənzimlənir.
Qanunun tələblərini pozan şəxslər qanunda nəzərdə tutulmuş hallarda məsuliyyət daşıyırlar.
Qanun qüvvəyə mindiyi gündən "Balıqçılıq haqqında" 27 mart 1998-ci il tarixli qanun ləğv edilir.
12:37 / 10 Noyabr 2026
60
12:31 / 10 Noyabr 2026
47
12:21 / 10 Noyabr 2026
120
12:18 / 10 Noyabr 2026
66
12:04 / 10 Noyabr 2026
95
12:00 / 10 Noyabr 2026
224
11:45 / 10 Noyabr 2026
1403
11:42 / 10 Noyabr 2026
86
11:39 / 10 Noyabr 2026
97
11:28 / 10 Noyabr 2026
104
11:16 / 10 Noyabr 2026
167
11:04 / 10 Noyabr 2026
109
10:45 / 10 Noyabr 2026
118
10:39 / 10 Noyabr 2026
839
10:32 / 10 Noyabr 2026
108
10:28 / 10 Noyabr 2026
164
10:21 / 10 Noyabr 2026
209
10:17 / 10 Noyabr 2026
129
10:15 / 10 Noyabr 2026
164
10:10 / 10 Noyabr 2026
152
09:50 / 10 Noyabr 2026
1217
09:46 / 10 Noyabr 2026
129
09:35 / 10 Noyabr 2026
149
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.