10-15° şaxta,intensiv yağış olacaq - XƏBƏRDARLIQ
10 Noyabr 2026, 12:37
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
521
24.06.2026, 22:21
Son illər bütün dünyada elektromobillərə keçid bir növ ekoloji qəhrəmanlıq kimi təqdim olunur. Futuristik dizaynı, səssizliyi və hamar hərəkəti ilə elmi-fantastik filmləri xatırladan bu nəqliyyat vasitələrinin bəşəriyyəti karbon bəlasından xilas edəcəyi iddia olunur. Lakin reallıq tamamilə fərqlidir. Təbiəti xilas etmək xəyalı ilə elektromobil alanların bilmədiyi qorxulu həqiqətlər üzə çıxıb.
Biz özümüzü "yaşıl enerji" qəhrəmanı kimi hiss etdiyimiz an, dünyanın başqa bir nöqtəsində fərqli müharibələr gedir. İndi döyüşlər neftə görə yox, elektromobil batareyalarının əsas komponentləri olan kobalt, litium və digər nadir torpaq elementlərinə görə yaşanır.
Oxu24.com xəbər verir ki,Boliviya, Çili və Argentinada bütöv ekosistemlər məhz litium mədənlərinə görə yox olmaq təhlükəsi ilə üz-üzədir. Bu elementləri yerin altından çıxarmaq üçün nəhəng həcmdə yeraltı sular çəkilir, nəticədə minlərlə hektar ərazi susuzlaşır və ekoloji fəlakət zonasına çevrilir.
Belə ki, bu faktlar elektromobillərin ekoloji təmizliyi mifini tamamilə darmadağın edir:
“Bir elektromobil batareyasının hazırlanması üçün yüzlərlə kiloqram nadir kimyəvi maddə istifadə olunur. Bu batareyaların istehsalı zamanı havaya buraxılan zərərli tullantıların həcmi, adi daxili yanma mühərrikli (benzin və ya dizel) avtomobillərin istehsalı ilə müqayisədə qat-qat çoxdur.
İstismar müddəti bitən batareyaların məhv edilməsi demək olar ki, qeyri-mümkündür. Onlar ya zibilliklərdə çürüməyə buraxılır, ya da yandırılır. Yandırılma zamanı isə illərlə daxilində yığılan ən ağır və zəhərli maddələr birbaşa atmosferə atılır.
Batareyaların təkrar emalı (utilizasiyası) üçün o qədər yüksək enerji və kimyəvi maddə tələb olunur ki, nəticədə elektromobilin buraxdığı ümumi "karbon izi" bəzən adi bir avtomobilinkindən daha böyük olur”.
Nigar
12:37 / 10 Noyabr 2026
60
12:31 / 10 Noyabr 2026
47
12:21 / 10 Noyabr 2026
120
12:18 / 10 Noyabr 2026
66
12:04 / 10 Noyabr 2026
95
12:00 / 10 Noyabr 2026
224
11:45 / 10 Noyabr 2026
1403
11:42 / 10 Noyabr 2026
86
11:39 / 10 Noyabr 2026
97
11:28 / 10 Noyabr 2026
104
11:16 / 10 Noyabr 2026
167
11:04 / 10 Noyabr 2026
109
10:45 / 10 Noyabr 2026
118
10:39 / 10 Noyabr 2026
839
10:32 / 10 Noyabr 2026
108
10:28 / 10 Noyabr 2026
164
10:21 / 10 Noyabr 2026
209
10:17 / 10 Noyabr 2026
129
10:15 / 10 Noyabr 2026
164
10:10 / 10 Noyabr 2026
152
09:50 / 10 Noyabr 2026
1217
09:46 / 10 Noyabr 2026
129
09:35 / 10 Noyabr 2026
149
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.