10-15° şaxta,intensiv yağış olacaq - XƏBƏRDARLIQ
10 Noyabr 2026, 12:37
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
604
24.06.2026, 22:15
Paytaxt Bakının küçə və prospektlərində hər gün minlərlə sürücü saatlarla tıxacda qalır. Çox vaxt tıxacın içərisində irəliləyib, onun başladığı nöqtəyə çatdıqda isə qəribə bir mənzərə ilə qarşılaşırıq: nə hər hansı yol qəzası baş verib, nə təmir işləri var, nə də başqa bir maneə. Bəs elə isə bu tıxaclar haradan yaranır?
Oxu24.com xəbər verir ki,ekspertlər və elmi araşdırmalar göstərir ki, bu vəziyyət elm dünyasında “Fantom tıxac" (və ya görünməyən tıxac) adlanır. Onun yaranma səbəbi isə hər hansı konkret hadisə yox, birbaşa hərəkət fizikası və sürücü davranışlarıdır.
2008-ci ildə yapon alimləri bu fenomeni sübut etmək üçün maraqlı bir eksperiment keçiriblər. Onlar 22 avtomobili dairəvi bir yola buraxaraq sürücülərə sadə bir tapşırıq veriblər: eyni sürətlə hərəkət etmək və aradakı məsafəni sabit saxlamaq.
Hər şeyin ideal göründüyü bu şəraitdə belə, cəmi bir neçə dəqiqə sonra yolda qəfildən tıxac yaranıb.
Alimlərin rəyinə görə, əsas problem yolun görünməyən sıxlıq həddidir.
Avtomobillərin sayı az olduqda, axın xırda səhvləri kompensasiya edir. Kiminsə əyləcə basması ümumi hərəkətə ciddi təsir göstərmir.
Yolda maşınların sayı kritik həddi keçdikdə isə zəncirvari reaksiya başlayır. Birinci sürücü sürətini azca azaldır. Onun arxasınca gələn sürücü təxminən 1 saniyəlik gecikmə ilə daha bərk əyləcləməli olur. Zəncirin 10-cu sürücüsü isə artıq tamamilə dayanmaq məcburiyyətində qalır.
Maraqlı paradoks: Avtomobillər irəliyə doğru hərəkət etdiyi halda, yaranan bu "əyləcləmə dalğası" saatda təxminən 17 km sürətlə geriyə doğru yayılır. Eksperimenti başladan sürücü artıq evinin qarşısında maşınını park edəndə belə, onun yaratdığı dalğa magistral boyunca geriyə doğru hərəkət edərək yeni avtomobilləri özünə qatmağa davam edir.
Sietl şəhərindən olan mühəndis Vilyam Bitti (William Beaty) hələ 90-cı illərdə sübut etmişdi ki, bu dalğanı dayandırmaq üçün cəmi bir sürücünün düzgün davranışı kifayətdir.
Bunun üçün sürücü önündəki maşınla təxminən 50 metrə qədər böyük məsafə saxlamalı və sabit sürətlə hərəkət etməlidir. Bu halda geridən gələn əyləcləmə dalğası həmin boşluğun içində sönür və tıxacın böyüməsinin qarşısı alınır.
Bir insan tıxac yarada bildiyi kimi, bir insan onu dayandıra da bilər.
Jalə
12:37 / 10 Noyabr 2026
60
12:31 / 10 Noyabr 2026
47
12:21 / 10 Noyabr 2026
120
12:18 / 10 Noyabr 2026
66
12:04 / 10 Noyabr 2026
95
12:00 / 10 Noyabr 2026
224
11:45 / 10 Noyabr 2026
1403
11:42 / 10 Noyabr 2026
86
11:39 / 10 Noyabr 2026
97
11:28 / 10 Noyabr 2026
104
11:16 / 10 Noyabr 2026
167
11:04 / 10 Noyabr 2026
109
10:45 / 10 Noyabr 2026
118
10:39 / 10 Noyabr 2026
839
10:32 / 10 Noyabr 2026
108
10:28 / 10 Noyabr 2026
164
10:21 / 10 Noyabr 2026
209
10:17 / 10 Noyabr 2026
129
10:15 / 10 Noyabr 2026
164
10:10 / 10 Noyabr 2026
152
09:50 / 10 Noyabr 2026
1217
09:46 / 10 Noyabr 2026
129
09:35 / 10 Noyabr 2026
149
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.