1 nəfərə düşən ünvanlı sosial yardımın ən yüksək olduğu rayonlar - CƏDVƏL
22 Avqust 2026, 00:03
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
527
24.06.2026, 21:06
Azərbaycan Respublikası Mərkəzi Bankının son məlumatları ölkədə nağdsız ödəniş infrastrukturunda maraqlı bir tendensiyanı ortaya qoyub. Belə ki, 2025-ci ilin sonundan 2026-cı ilin aprel ayının sonuna qədər ölkədə POS terminalların sayı 184 220 ədəddən 160 225 ədədə qədər geriləyib. Cəmi bir neçə ay ərzində təxminən 24 min ədəd terminalın sıradan çıxması "Bu azalma kölgə iqtisadiyyatına və ya yenidən nağdlaşmaya təsir edə bilərmi?" sualını gündəmə gətirib.
Mövzu ilə bağlı Oxu24.com-a açıqlama verən iqtisadçı ekspert Eyyub Kərimli məsələnin görünməyən tərəflərinə işıq salıb. Ekspert bildirib ki, ilk baxışdan bu azalma nağdsız dövriyyəyə mənfi təsir göstərən bir amil kimi görünsə də, reallıq fərqlidir:
“İlk baxışdan bu POS terminalların azalması nağdsız dövriyyənin azalmasına təsir göstərə bilər kimi görünsə də araşdırmalar onu göstərir ki, bu azalma əsasən istifadəsiz POS terminallarla bağlıdır. Və ya bəzi hallarda texniki cəhətdən yeni tələblərə cavab verməyən POS terminalların yığışdırılması ilə əlaqədardır".
“Nağdsız dövriyyədə 8.7% artım var"
Eyyub Kərimli qeyd edib ki, terminalların sayının azalması ölkədə nağdsız hesablaşmaların zəifləməsi demək deyil. Cari ilin statistik göstəriciləri də bunu sübut edir:
“Çünki hazırda, 2026-cı ilin mövcud vəziyyətinə əsasən, nağdsız dövriyyədə 8.7% artım var. Bu da onu deməyə əsas verir ki, POS terminalların sayının azalmasına baxmayaraq, nağdsız dövriyyədə artım müşahidə olunmaqdadır".
Ekspertin sözlərinə görə, bu prosesdə fəaliyyətini dayandıran sahibkarların da rolu var, lakin əsas səbəb bankların strategiyası və ödəniş vərdişlərinin dəyişməsidir:
“Bu azalmada bəzi hallarda fəaliyyətini dayandıran sahibkarlıq subyektlərinin də müəyyən rolu mövcuddur. Lakin ümumi baxışda onu demək bizə əsas verir ki, bu gün nağdsız dövriyyənin azalmasına yox, daha çox POS terminalların istifadə olunmamasına səbəb həm də kartdan-karta vəsaitlərin köçürülməsidir".
İqtisadçı ekspert sonda onu da əlavə edib ki, banklar artıq resurslardan daha səmərəli istifadə etməyə çalışırlar:
“Onu da qeyd edək ki, bu azalma həm də bankların daha aktiv dövriyyə olan nöqtələrdə POS terminalları cəmləşdirməsi ilə bağlıdır".
Çimnaz Telmanqızı
00:03 / 22 Avqust 2026
32
23:49 / 21 Avqust 2026
51
23:00 / 21 Avqust 2026
58
22:39 / 21 Avqust 2026
58
22:25 / 21 Avqust 2026
67
22:11 / 21 Avqust 2026
73
21:57 / 21 Avqust 2026
85
21:30 / 21 Avqust 2026
76
20:56 / 21 Avqust 2026
80
20:52 / 21 Avqust 2026
68
20:14 / 21 Avqust 2026
81
19:42 / 21 Avqust 2026
93
19:21 / 21 Avqust 2026
96
19:08 / 21 Avqust 2026
173
18:46 / 21 Avqust 2026
102
18:41 / 21 Avqust 2026
78
18:33 / 21 Avqust 2026
97
18:20 / 21 Avqust 2026
77
18:10 / 21 Avqust 2026
116
17:59 / 21 Avqust 2026
101
17:45 / 21 Avqust 2026
126
17:30 / 21 Avqust 2026
106
17:10 / 21 Avqust 2026
136
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.