10-15° şaxta,intensiv yağış olacaq - XƏBƏRDARLIQ
10 Noyabr 2026, 12:37
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
559
24.06.2026, 15:32
Salyan şəhərində özünüməşğulluq proqramı üzrə qurulmuş təsərrüfatlara baxış keçirilib.
Oxu24.com xəbər verir ki, Əmək və əhalinin sosial müdafiəsi naziri Anar Əliyev Salyan rayonunda Salyan və Neftçala rayonlarının sakinlərini qəbul edib.
Qəbuldan əvvəl Anar Əliyev və Salyan Rayon İcra Hakimiyyəti başçısının müavini Rəşad Cəbrayılov Ümummilli Lider Heydər Əliyevin abidəsini ziyarət ediblər.
Qəbul zamanı vətəndaşlar məşğulluq, əlillik, mənzil təminatı, ünvanlı sosial yardım və s. məsələlərlə bağlı müraciət ediblər. Müraciət edənlər sırasında şəhid ailələrinin üzvləri və müharibə iştirakçıları da olub. Hər bir müraciət fərdi qaydada araşdırılıb və nəticəsinə uyğun tədbirlər görülüb.
Sorğu xarakterli müraciətlərlə bağlı qanunvericiliyə uyğun izahatlar verilib. Vətəndaşlar müraciətləri əsasında aktiv məşğulluq proqramlarına, habelə özünüməşğulluq proqramına cəlb edilmələri üçün qeydiyyata alınıblar.
Qəbuldan sonra özünüməşğulluq proqramı çərçivəsində Salyan sakinləri Hacıyeva Sehrayə Sahib qızı və Məmmədov Sakit İmanverdi oğlu üçün qurulmuş kiçik ailə təsərrüfatlarına baxış keçirilib.
Özünüməşğulluq proqramının dəstəyi ilə aktivlər verilməklə S.Hacıyeva üçün qadın gözəllik salonu, S.Məmmədov üçün isə foto atelye istiqaməti üzrə kiçik bizneslər qurulub. Hər iki proqram iştirakçısı işsiz və işaxtaran şəxslərin kiçik biznesə çıxışına imkan yaradılması üçün göstərilən dəstəyə görə Prezident cənab İlham Əliyevə minnətdarlıqlarını ifadə ediblər.
Ötən dövrdə özünüməşğulluq proqramı çərçivəsində Salyan rayonunda 1500 şəxs üçün kiçik ailə təsərrüfatları qurulub.
13:05 / 10 Noyabr 2026
1
13:00 / 10 Noyabr 2026
14
12:37 / 10 Noyabr 2026
104
12:31 / 10 Noyabr 2026
65
12:21 / 10 Noyabr 2026
213
12:18 / 10 Noyabr 2026
79
12:04 / 10 Noyabr 2026
102
12:00 / 10 Noyabr 2026
246
11:45 / 10 Noyabr 2026
1613
11:42 / 10 Noyabr 2026
90
11:39 / 10 Noyabr 2026
106
11:28 / 10 Noyabr 2026
110
11:16 / 10 Noyabr 2026
190
11:04 / 10 Noyabr 2026
111
10:45 / 10 Noyabr 2026
123
10:39 / 10 Noyabr 2026
863
10:32 / 10 Noyabr 2026
111
10:28 / 10 Noyabr 2026
172
10:21 / 10 Noyabr 2026
212
10:17 / 10 Noyabr 2026
130
10:15 / 10 Noyabr 2026
173
10:10 / 10 Noyabr 2026
160
09:50 / 10 Noyabr 2026
1332
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.