10-15° şaxta,intensiv yağış olacaq - XƏBƏRDARLIQ
10 Noyabr 2026, 12:37
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
580
24.06.2026, 14:04
Paytaxtın Xətai rayonu, Məhəmməd Hadi, 66 küçəsində yaşayan sakinlərə uzun illərdir qonşuları rahat yaşamağa imkan vermirlər. Çoxmərtəbəli binanın 11-ci mərtəbəsində yaşayan ana və qızı, deyilənə görə, psixoloji problemlərdən əziyyət çəkir. Onlar mütəmadi olaraq evlərindən əşyaları yerə atır, hətta yaşadıqları evdə ocaq qalayırlar.
Oxu24.com “Yeni Sabah”a istinadən xəbər verir ki, baş verənlərdən şikayətçi olan bir sakin məsələni belə şərh edib: "İki ildən çoxdur bu proses başlayıb. Hər gün, demək olar ki, davam edir, xüsusən də gecə saatlarında. Elə olub ki, evdə tonqal da yandırıblar. Fövqəladə Hallar Nazirliyi vaxtında tədbir görməsəydi, bəlkə binada partlayış da baş verə bilərdi. Polis orqanlarına, Səhiyyə Nazirliyinə məlumat verilib. Hələ bir tədbir görən yoxdur".
Müsahibə zamanı 11-ci mərtəbədə yaşayan qızın pəncərədən yarıya qədər çölə çıxdığı və hər an yerə düşmə təhlükəsinin olduğu bildirilib. Təhlükənin vaxtında qarşısını almaq üçün Daxili İşlər Nazirliyinin "102" zəng mərkəzinə məlumat verilib. Əraziyə Xətai Rayon Polis İdarəsinin 36-cı polis bölməsinin əməkdaşları gəliblər. Mənzilə baxış keçirilib və iki nəfərin birgəyaşayış qaydalarını pozması faktı təsdiqini tapıb.
Sonra polis əməkdaşları tərəfindən 1956 və 1984-cü il təvəllüdlü iki qadın mənzildən çıxarılıb. DİN-in mətbuat xidmətindən məlumat verilib ki, ana və qızının ixtisaslaşmış tibb müəssisəsinə yerləşdirilməsi istiqamətində müvafiq tədbirlər görülür.
13:05 / 10 Noyabr 2026
1
13:00 / 10 Noyabr 2026
14
12:37 / 10 Noyabr 2026
104
12:31 / 10 Noyabr 2026
65
12:21 / 10 Noyabr 2026
213
12:18 / 10 Noyabr 2026
79
12:04 / 10 Noyabr 2026
102
12:00 / 10 Noyabr 2026
246
11:45 / 10 Noyabr 2026
1613
11:42 / 10 Noyabr 2026
90
11:39 / 10 Noyabr 2026
106
11:28 / 10 Noyabr 2026
110
11:16 / 10 Noyabr 2026
190
11:04 / 10 Noyabr 2026
111
10:45 / 10 Noyabr 2026
123
10:39 / 10 Noyabr 2026
863
10:32 / 10 Noyabr 2026
111
10:28 / 10 Noyabr 2026
172
10:21 / 10 Noyabr 2026
212
10:17 / 10 Noyabr 2026
130
10:15 / 10 Noyabr 2026
173
10:10 / 10 Noyabr 2026
160
09:50 / 10 Noyabr 2026
1332
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.