Göyçayda avtomobil aşıb, xəsarət alanlar var
21 Avqust 2026, 22:25
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
606
24.06.2026, 13:28
Elm və təhsil naziri Emin Əmrullayev çıxışı zamanı qeyd edib ki, keyfiyyətli magistratura təhsili almış müəllim digər müəllimə nisbətən daha arzuolunandır. Nazirin bu bəyanatı təhsil ictimaiyyətində mühüm bir sual doğurub: gələcək illərdə müəllimlər üçün magistr dərəcəsi məcburi ola bilərmi? Ümumiyyətlə, belə bir addımın atılması nə dərəcədə zəruridir və mövcud reallıqlar buna nə dərəcədə imkan verir?
Məsələ ilə bağlı Oxu24.com-a ətraflı açıqlama verən təhsil eksperti Məzahir Məmmədli bildirib ki, nazirin səsləndirdiyi bu tezis gələcəkdə müəllim ixtisasına yiyələnən gənclər üçün bir növ stimullaşdırıcı faktor rolunu oynaya bilər, yəni onları magistraturaya yönəlməyə həvəsləndirə bilər. Lakin ekspert mövcud əmək bazarının reallıqlarını təhlil edərək vurğulayıb ki, hazırkı vəziyyətdə magistraturanı məcburi etmək o qədər də asan deyil.
“Müəllim işləmək üçün bakalavr diplomu kifayət edir"
M.Məmmədli qeyd edib ki, hazırda ölkənin əmək bazarında say etibarilə ən böyük çoxluğu məhz müəllimlər təşkil edir. Bununla belə, qüvvədə olan qaydalara görə, müəllim kimi fəaliyyətə başlamaq üçün magistr dərəcəsi tələb olunmur:
“Bu gün müəllimlər üçün əmək bazarında magistratura şərti qoyulmayıb. Məhz bu səbəbdən universitetlərin müəllimlik ixtisaslarından məzun olan gənclərin mütləq əksəriyyəti vaxt itirmədən dərhal Müəllimlərin İşə Qəbulu (MİQ) imtahanlarına hazırlaşmağa üstünlük verirlər. Çünki hazırkı sistemdə məktəbdə müəllim olmaq üçün bakalavr diplomu tamamilə kifayət edir".
Magistratura pilləsinə maraq niyə aşağıdır?
Ekspertin sözlərinə görə, müəllimlər arasında yalnız müəyyən bir qrup magistr təhsilində maraqlıdır. Bura gələcəkdə təhsil müəssisələrində idarəetmə orqanlarında iştirak etmək, dövlət qulluğuna keçmək iddiaları olanlar və ya sırf elmi-pedaqoji fəaliyyətlə məşğul olub özünü bu istiqamətdə inkişaf etdirmək istəyənlər daxildir. Lakin ümumi mənzərəyə baxdıqda, Azərbaycanda magistraturaya olan maraq və diqqət olduqca aşağı səviyyədədir.
Məzahir Məmmədli fikirlərini konkret rəsmi göstəricilərlə də əsaslandırıb:
“Son bir neçə ilin statistikasına nəzər salsaq görərik ki, təkcə ötən tədris ilində magistratura pilləsi üzrə 3 mindən artıq plan yeri boş qalıb. Ən maraqlısı isə odur ki, həmin boş qalan yerlərin təxminən 1200-ü dövlət sifarişli, yəni ödənişsiz yerlər olub. Bu faktın özü sübut edir ki, gənclər pulsuz oxumaq imkanı olsa belə, magistraturaya o qədər də can atmırlar. Çünki bu məsələlər zəncirvari şəkildə bir-biri ilə bağlıdır".
Ekspert vurğulayır ki, hazırda əmək bazarının diktə etdiyi ən əsas şərt kağız üzərindəki diplom yox, real kadr potensialıdır. Əgər bir tələbə bakalavr pilləsində dərslərinə məsuliyyətlə yanaşıb, öz ixtisasını mükəmməl mənimsəyibsə və yaxşı mütəxəssis kimi yetişibsə, onun mütləq şəkildə əlavə iki il də magistraturada oxumasına praktiki ehtiyac qalmır. İşəgötürən üçün kadrın real bacarığı ön plandadır.
Gələcəkdə nə dəyişə bilər?
Bununla belə, Elm və Təhsil Nazirliyinin bu istiqamətdəki strateji baxışı gələcəkdə vəziyyəti dəyişə bilər. Məzahir Məmmədlinin fikrincə, əgər gələcək illərdə nazirlik səviyyəsində rəsmi qərarlar qəbul olunarsa və magistr dərəcəsi olan müəllimlərə üstünlüklər verilərsə, proses başqa məcraya yönələcək:
“Əgər gələcəkdə nazirin qeyd etdiyi kimi, magistr təhsilli müəllimlərlə bağlı xüsusi tələblər və rəsmi mexanizmlər tətbiq olunarsa, təbii ki, o halda Azərbaycanda magistratura təhsilinə olan diqqət və maraq kəskin şəkildə artacaq. Amma bu gün üçün bakalavr dərəcəsi müəllimlik fəaliyyəti üçün əsas və yetərli baza olaraq qalmaqdadır".
Çimnaz Telmanqızı
23:00 / 21 Avqust 2026
24
22:39 / 21 Avqust 2026
26
22:25 / 21 Avqust 2026
52
22:11 / 21 Avqust 2026
60
21:57 / 21 Avqust 2026
69
21:30 / 21 Avqust 2026
64
20:56 / 21 Avqust 2026
69
20:52 / 21 Avqust 2026
65
20:14 / 21 Avqust 2026
77
19:42 / 21 Avqust 2026
91
19:21 / 21 Avqust 2026
92
19:08 / 21 Avqust 2026
168
18:46 / 21 Avqust 2026
98
18:41 / 21 Avqust 2026
77
18:33 / 21 Avqust 2026
94
18:20 / 21 Avqust 2026
75
18:10 / 21 Avqust 2026
111
17:59 / 21 Avqust 2026
96
17:45 / 21 Avqust 2026
121
17:30 / 21 Avqust 2026
101
17:10 / 21 Avqust 2026
133
17:00 / 21 Avqust 2026
86
16:58 / 21 Avqust 2026
97
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.