100 kilometrə 5 litrdən az yanacaq sərf edən 10 dizel avtomobili – SİYAHI
10 Noyabr 2026, 15:58
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
491
19.06.2026, 12:37
Milli Məclis media sahəsində vahid qurum - Media və Yayım Şurasının yaradılmasını ilk oxunuşda qəbul edib.
Oxu24.com xəbər verir ki, bununla bağlı "Dövlət qulluğu haqqında" və "Media haqqında" qanunlara təklif edilən dəyişikliklər Milli Məclisin növbədənkənar sessiyasının bugünkü iclasında müzakirəyə çıxarılıb.
Sənədə əsasən, müasir dövrdə milli informasiya təhlükəsizliyini və medianın iqtisadi müstəqilliyini təmin etmək üçün Azərbaycanda media sahəsinə münasibətdə daha çevik və kollegial mexanizmə keçid zərurəti yaranıb. Sözügedən mexanizm də öz növbəsində çap, onlayn və audiovizual media arasındakı sərhədlərin silinməsi, informasiya sisteminin əsas sütunu olan mediaya vahid yanaşmanı şərtləndirir.
Vurğulanıb ki, bu baxımdan, qanun layihəsində vahid qurumun - Media və Yayım Şurasının yaradılması, Şura ilə bağlı vəzifə və öhdəliklərin "Media haqqında" Qanunda öz əksini tapması və qurumun kollegial idarəetmə modelini əsas götürməsi medianın müstəqilliyinə və quruma münasibətdə ictimai etimadın yüksəlməsinə zəmanət verən effektiv mexanizmdir.
Bildirilib ki, "Media haqqında" Qanunda təklif olunan dəyişikliklər daxili informasiya məkanının təhlükəsizliyini təmin etməyə, eləcə də yerli medianın inkişafına təkan verməyə şərait yaradacaq. Bu xüsusda, media və yayım sahəsində səlahiyyətli Şuranın yaradılması "Dövlət qulluğu haqqında" Qanunun müvafiq maddələrində də dəyişikliklər edilməsini nəzərdə tutur.
Bütövlükdə, təqdim olunan qanun layihəsi media sahəsində normativ tənzimləmənin müasirləşdirilməsi, tətbiq mexanizmlərinin gücləndirilməsi, hüquqi müəyyənliyin təmin edilməsi və beynəlxalq standartlara uyğunluğun artırılması məqsədi daşıyır.
Layihə müzakirələrdən sonra səsverməyə qoyularaq birinci oxunuşda qəbul olunub.
16:35 / 10 Noyabr 2026
1
16:21 / 10 Noyabr 2026
40
16:12 / 10 Noyabr 2026
106
15:58 / 10 Noyabr 2026
78
15:44 / 10 Noyabr 2026
161
15:34 / 10 Noyabr 2026
240
15:31 / 10 Noyabr 2026
76
15:25 / 10 Noyabr 2026
104
15:22 / 10 Noyabr 2026
94
14:58 / 10 Noyabr 2026
2163
14:55 / 10 Noyabr 2026
305
14:48 / 10 Noyabr 2026
351
14:23 / 10 Noyabr 2026
448
14:20 / 10 Noyabr 2026
850
14:09 / 10 Noyabr 2026
207
14:00 / 10 Noyabr 2026
871
13:44 / 10 Noyabr 2026
135
13:38 / 10 Noyabr 2026
385
13:26 / 10 Noyabr 2026
1711
13:24 / 10 Noyabr 2026
150
13:20 / 10 Noyabr 2026
348
13:05 / 10 Noyabr 2026
180
13:00 / 10 Noyabr 2026
141
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.