Mayor idi, 10 ay sonra general oldu -34 yaşı var
10 Noyabr 2026, 21:33
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
697
10.06.2026, 23:19
Bakı şəhərinin rəmzlərindən biri sayılan Dənizkənarı Milli Park təkcə təbiəti ilə deyil, həm də unikal memarlıq abidələri ilə hər kəsi heyran qoyur. Bu tikililər arasında xüsusi forması və qeyri-adi arxitekturası ilə seçilən, paytaxt sakinləri və qonaqların sevimli məkanı olan “Mirvari" kafesi xüsusi yer tutur. Bəs bu nadir memarlıq nümunəsinin tarixini və onun dünyada cəmi iki oxşarının olduğunu bilirsinizmi?
Oxu24.com xəbər verir ki, “Mirvari" kafesinin yaranma tarixi ötən əsrin 60-cı illərinə təsadüf edir. Dövrün Bakı meri Əliş Ləmbəranski məzuniyyətdə olarkən bir fotoşəkil görür və Bakı bulvarında bənzərsiz, modern bir məkan yaratmaq qərarına gəlir. Layihənin icrası isə istedadlı memar Vadim Şulqinə həvalə olunur.
Kafenin qeyri-adi dizaynının ilham mənbəyi məşhur ispan memarı Feliks Kandelanın Meksikada inşa etdiyi bənzər bir işi olub. Nazik beton təbəqəsi və zərif dalğavari forması ilə dünya memarlıq mühitində böyük əks-səda doğuran bu konstruksiyanın dünyada cəmi iki analoqu var.
Bunlardan birincisi elə memarın özünün Meksikadakı ilk işidir.
Digər oxşarı isə İspaniyanın Valensiya şəhərində yerləşən məşhur sərgi salonudur.
1962-ci ildə rəsmi olaraq istifadəyə verilən "Mirvari" kafesi qısa zamanda Bakı gəncliyinin əsas görüş və əyləncə mərkəzinə çevrilir. Ötən əsrin 60-70-ci illərində əfsanəvi "Qaya" vokal-instrumental ansamblının sədaları və populyar hind filmlərinin melodiyaları altında Bakının ən şəffaf, ən şən və unudulmaz gecələri məhz burada yaşanırdı.
Zaman keçsə də, "Mirvari" kafesi bu gün də öz zərifliyini, retro ab-havasını və Xəzər dənizinə açılan möhtəşəm mənzərəsini qoruyub saxlayır. Tikili Bakı bulvarının ən parlaq incilərindən biri olaraq həm tariximizi yaşadır, həm də şəhərimizə gələn turistlərin böyük marağına səbəb olur.
Hazırladı: Çimnaz Ağayeva
21:40 / 10 Noyabr 2026
2
21:33 / 10 Noyabr 2026
18496
21:19 / 10 Noyabr 2026
61
21:12 / 10 Noyabr 2026
83
21:10 / 10 Noyabr 2026
207
20:56 / 10 Noyabr 2026
80
20:54 / 10 Noyabr 2026
204
20:46 / 10 Noyabr 2026
98
20:35 / 10 Noyabr 2026
112
20:17 / 10 Noyabr 2026
98
20:10 / 10 Noyabr 2026
1127
19:59 / 10 Noyabr 2026
107
19:58 / 10 Noyabr 2026
103
19:52 / 10 Noyabr 2026
110
19:52 / 10 Noyabr 2026
103
19:43 / 10 Noyabr 2026
111
19:40 / 10 Noyabr 2026
131
19:26 / 10 Noyabr 2026
116
19:20 / 10 Noyabr 2026
679
19:06 / 10 Noyabr 2026
147
18:58 / 10 Noyabr 2026
863
18:56 / 10 Noyabr 2026
123
18:39 / 10 Noyabr 2026
255
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.