Rəis qəfil VƏFAT ETDİ
11 Noyabr 2026, 09:37
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
547
30.05.2026, 12:13
Fövqəladə Hallar Nazirliyinin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidməti kiçikhəcmli gəmi istifadəçilərinin müvafiq təhlükəsizlik qaydaları ilə bağlı maarifləndirilməsi məqsədilə silsilə tədbirlər keçirib.
FHN-dən Oxu24.com-a verilən xəbərə görə, “Kiçikhəcmli gəmilərin təhlükəsiz istismarı” mövzusunda keçirilən növbəti belə tədbirlər Bakı şəhəri, Qaradağ rayonunun Ələt qəsəbəsində, Xaçmaz rayonunun Niyazoba kəndində, Lənkəran rayonunun Nərimanabad qəsəbəsində, Mingəçevir şəhərinin Kür çayının sahilinə düşən hissəsində və Neftçala rayonunun Bankə qəsəbəsində təşkil edilib.
Tədbirlərdə kiçikhəcmli gəmi istifadəçilərinə bu tip gəmilərin təchizat avadanlıqları barədə məlumat verilib. Həmçinin, kiçikhəcmli gəmilərə texniki nəzarətin mövcud tələblərinə dair normalar izah olunub, sözügedən su nəqliyyatı vasitələrinin qanunvericiliklə nəzərdə tutulmuş qaydada texniki baxışdan keçirilməsinin və sürücülük hüququ üçün müvafiq vəsiqələrin alınmasının vacibliyi diqqətə çatdırılıb. Eyni zamanda, kiçikhəcmli gəmi sürücüləri kollektiv və fərdi xilasedici vasitələrdən, naviqasiya avadanlıqlarından istifadə qaydaları ilə bağlı da maarifləndirilib.
Sonda gəmi istifadəçilərinə kiçikhəcmli gəmilərin təchizat avadanlıqları və təhlükəsiz istismar qaydaları haqqında maarifləndirici broşürlər paylanılıb.
09:56 / 11 Noyabr 2026
1
09:37 / 11 Noyabr 2026
368
09:35 / 11 Noyabr 2026
54
09:29 / 11 Noyabr 2026
69
09:25 / 11 Noyabr 2026
67
09:24 / 11 Noyabr 2026
65
09:22 / 11 Noyabr 2026
92
09:20 / 11 Noyabr 2026
70
08:58 / 11 Noyabr 2026
117
08:53 / 11 Noyabr 2026
285
01:50 / 11 Noyabr 2026
362
01:00 / 11 Noyabr 2026
198
00:31 / 11 Noyabr 2026
278
23:59 / 10 Noyabr 2026
243
23:57 / 10 Noyabr 2026
293
23:55 / 10 Noyabr 2026
839
23:53 / 10 Noyabr 2026
304
23:47 / 10 Noyabr 2026
1528
23:43 / 10 Noyabr 2026
275
23:39 / 10 Noyabr 2026
226
23:28 / 10 Noyabr 2026
440
23:27 / 10 Noyabr 2026
1168
23:17 / 10 Noyabr 2026
1780
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.