Qaynar xətt:

(+99450) 247 90 86

İtdiyi deyilən uşaq qatara minməyib, elə stansiyada olub - RƏSMİ

2019-07/1564218893_1564208769_1564205758_atilan-usaq.jpg

CƏMİYYƏT

849

27.07.2019, 13:14

\"\" Ötən gün Bakı Dəmiryolu Vağzalında itdiyi iddia edilən azyaşlı tapılıb.
Bu barədə \"Azərbaycan Dəmir Yolları” QSC-nin Sərnişindaşıma Departamentinin rəis müavini Mədət Şıxəmirov məlumat verib. O bildirib ki, hadisə Xırdalan stansiyasında olub:
\"Dünən saat 19:10-da Bakı Dəmiryolu Vağzalından Sumqayıt istiqamətinə hərəkət edən qatar Xırdalan stansiyasında dayanıb. Stansiyada dayanan valideyn uşağının yanında olmadığını görüb. Uşağın yanlışlıqla qatara mindiyini ehtimal edən valideyn stansiya polisinə məlumat verib. Polis isə bu barədə bələdçiyə bildirib. Lakin sonra məlum olub ki, uşaq qatara minməyib. Ümumiyyətlə, azyaşlı itməyib. Yəni yanlış anlaşma olub. Uşaq elə stansiyada olub. Bu məsələnin Bakı Dəmiryolu Vağzalına heç bir aidiyyəti yoxdur