Kartofla bağlı mühüm AÇIQLAMA
14 Noyabr 2026, 19:15
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
782
16.01.2026, 11:14
“Atam şərəfli bir ömür yaşayıb. Tərtərdə, Şuşada, Qarabağın digər bir çox ərazilərində döyüşüb”.
Oxu24.com xəbər verir ki, bunu Oxu.az-a açıqlamasında Milli Qəhrəman Şahin Tağıyevin qızı Nigar Tağıyeva deyib.
O, atasının 2002-ci ildən İsveçdə yaşadığını və işləmədiyini bildirib: “Xəstə idi, iki ildir müalicə alırdı. Dekabrın 29-da atamı itirdim.
Bir məsələyə aydınlıq gətirmək istəyirəm. Atamın qocalar evinə yerləşdirilməsi ilə bağlı Azərbaycanda yayılan xəbərlər bizi çox məyus etdi. Bu, qətiyyən doğru deyil.
Ora qocalar evi yox, reabilitasiya mərkəzi idi. Onun üçün xüsusi otaq ayrılmışdı və lazım olan bütün mebeli mən almışdım. Rahatlığı üçün hər şey etmişdik. Atam iki il əvvəl həm insult, həm də infarkt keçirmişdi. Bu vəziyyətdə onun evdə qalması mümkün deyildi. Vaxtında dərmanlarını atmalı, insulin iynəsi vurulmalı idi. Atamı həmin mərkəzə yerləşdirməyimizin əsas səbəbi onun daim həkim nəzarətində saxlanılması ilə bağlı olub. Bu tip əsassız xəbərlər bizi çox incitdi”.
Nigar Tağıyeva həmçinin qeyd edib ki, atasının cənazəsi ötən gecə Vətənə gətirilib.
Qeyd edək ki, Milli Qəhrəman bu gün Hərbi Memorial Məzarlıqda (keçmiş II Şəhidlər xiyabanı) dəfn olunacaq.
Xatırladaq ki, əslən Şuşadan olan Ş.Tağıyev 1992-ci ildə Milli Qəhrəman adına layiq görülüb. Mərhum İsveçdə uzunsürən xəstəlikdən sonra vəfat edib.
19:36 / 14 Noyabr 2026
72
19:15 / 14 Noyabr 2026
59
19:12 / 14 Noyabr 2026
71
19:05 / 14 Noyabr 2026
73
18:50 / 14 Noyabr 2026
70
18:43 / 14 Noyabr 2026
85
18:21 / 14 Noyabr 2026
604
18:09 / 14 Noyabr 2026
106
18:06 / 14 Noyabr 2026
447
18:03 / 14 Noyabr 2026
95
17:18 / 14 Noyabr 2026
173
17:15 / 14 Noyabr 2026
113
16:20 / 14 Noyabr 2026
123
16:05 / 14 Noyabr 2026
170
15:45 / 14 Noyabr 2026
127
15:27 / 14 Noyabr 2026
303
15:25 / 14 Noyabr 2026
145
15:07 / 14 Noyabr 2026
282
15:05 / 14 Noyabr 2026
146
14:44 / 14 Noyabr 2026
288
14:31 / 14 Noyabr 2026
133
14:24 / 14 Noyabr 2026
791
14:19 / 14 Noyabr 2026
136
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.