Müalicəsi olmayan nadir beyin xəstəliyi
15 Yanvar 2026, 21:18
Qaynar xətt:
(+99450) 247 90 86
TİBB
58
16.01.2026, 10:44
Xroniki bel ağrısı bu gün təkcə dünya miqyasında deyil, Azərbaycanda da minlərlə insanın həyat keyfiyyətinə ciddi təsir göstərən əsas sağlamlıq problemlərindən birinə çevrilib. Son illər xüsusilə oturaq həyat tərzi, uzun müddət kompüter arxasında işləmək, fiziki aktivliyin azalması, stress və düzgün olmayan qidalanma bel ağrılarının daha geniş yayılmasına səbəb olur. Azərbaycanda demək olar ki, hər yaş qrupundan olan insanlar bel nahiyəsində yaranan ağrılardan şikayət edir, bu səbəbdən poliklinika və xəstəxanalara müraciətlərin sayı durmadan artır.Bel ağrıları insanların gündəlik fəaliyyətlərini, iş qabiliyyətini və sosial həyatını ciddi şəkildə məhdudlaşdırır. Uzun müddət ayaq üstə qalmaq, oturmaq, əyilmək, hətta adi məişət işlərini görmək belə bir çoxları üçün çətinləşir. Məhz bu səbəbdən bel nahiyəsində xroniki ağrılar həkimə müraciətlərin ən çox rast gəlinən səbəblərindən biri hesab olunur və həm tibbi, həm də sosial baxımdan ciddi problem kimi qiymətləndirilir.
Oxu24.com-un məlumatına görə mütəxəssislərin bildirdiyinə görə, bel ağrılarının bir qismi fəqərəarası disklərlə deyil, birbaşa fəqərələrin özündə yaranan problemlərlə bağlıdır. Fəqərələrin yuxarı və aşağı son lövhəciklərində baş verən zədələnmə və iltihab vertebrogen ağrıya səbəb olur. Bu xroniki hal belin orta xətti boyunca dərin, sızıltılı ağrı ilə müşayiət olunur və fiziki aktivlik, uzun müddət oturmaq və ya əyilmə zamanı daha da güclənir.
Bazivertəbtral sinirin ablasiyası (aradan qaldırılması) bu ağrının qarşısını ala bilər. Bel fəqərələrinin daxilində yerləşən və ağrı siqnallarını beyinə ötürən bu sinirin fəaliyyəti dayandırıldıqda, ağrı hissi əhəmiyyətli dərəcədə azalır.
Yel Universitetinin rəhbərliyi ilə aparılan və Interventional Pain Medicine jurnalında dərc olunan araşdırma bu metodun xroniki bel ağrısından əziyyət çəkən xəstələrdə sürətli və uzunmüddətli effekt verdiyini göstərib. Tədqiqatda azı 6 ay davam edən bel ağrısı olan və MRT müayinəsində fəqərə son lövhəciklərində dəyişikliklər aşkar edilən 86 pasiyent iştirak edib.
Həmçinin oxuyun
Nəticələrə əsasən, prosedurdan sonra ilk həftənin sonunda xəstələrin 34 faizi ağrının azı 50 faiz azaldığını bildirib. Üçüncü həftədə bu göstərici 76 faizə, altıncı həftədə isə 91 faizə yüksəlib. Əldə olunan müsbət nəticələr 24 həftə ərzində davam edib və prosedurun uzunmüddətli effektivliyini təsdiqləyib.
Araşdırmada həmçinin xəstələrin funksional vəziyyətində də ciddi yaxşılaşma qeydə alınıb. Bel ağrısı ilə bağlı əlillik səviyyəsini ölçən Osvestri indeksi müalicədən əvvəl orta hesabla 66,5 olduğu halda, 12 həftə sonra 32,3-ə enib. Bu da xəstələrin gündəlik fiziki fəaliyyətlərini yenidən həyata keçirə bildiyini göstərir.
Mütəxəssislər bildirirlər ki, bazivertəbtral sinirin ablasiyası vertebrogen mənşəli xroniki bel ağrısının müalicəsində effektiv və ümidverici üsul hesab olunur. Araşdırma nəticələri həmçinin bu prosedurdan sonra xəstələrin onurğa nahiyəsinə edilən əlavə inyeksiyalara ehtiyacının əhəmiyyətli dərəcədə azaldığını göstərib.
12:19 / 16 Yanvar 2026
86
12:15 / 16 Yanvar 2026
78
12:11 / 16 Yanvar 2026
24
11:59 / 16 Yanvar 2026
25
11:57 / 16 Yanvar 2026
84
11:48 / 16 Yanvar 2026
94
11:40 / 16 Yanvar 2026
81
11:25 / 16 Yanvar 2026
53
11:25 / 16 Yanvar 2026
100
11:22 / 16 Yanvar 2026
37
11:14 / 16 Yanvar 2026
122
11:11 / 16 Yanvar 2026
281
11:08 / 16 Yanvar 2026
72
11:05 / 16 Yanvar 2026
132
11:01 / 16 Yanvar 2026
103
10:57 / 16 Yanvar 2026
94
10:48 / 16 Yanvar 2026
101
10:46 / 16 Yanvar 2026
467
10:41 / 16 Yanvar 2026
53
10:38 / 16 Yanvar 2026
106
10:26 / 16 Yanvar 2026
116
10:19 / 16 Yanvar 2026
105
10:10 / 16 Yanvar 2026
56
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.