Tramp İranla müharibəni bitirdi
14 Noyabr 2026, 18:50
Qaynar xətt:
(+99450) 247 90 86
DÜNYA
627
16.01.2026, 10:41
Çinin xarici işlər naziri Vanq Yi İranda baş verən etirazlarla bağlı açıqlama verərək Tehrana dəstək ifadə edib. Çin Xarici İşlər Nazirliyinin yaydığı məlumata görə, Vanq Yi İranın xarici işlər naziri Abbas Əraqçi ilə telefon danışığı aparıb.
Oxu24.com xəbər verir ki, danışıq zamanı Əraqçi ölkədəki mövcud vəziyyət barədə məlumat verib. Vanq Yi isə bildirib ki, Çin İran hökuməti və xalqının birgə səylərlə çətinliklərin öhdəsindən gələcəyinə, milli sabitliyi qoruyacağına, qanuni hüquq və maraqlarını müdafiə edəcəyinə inanır.
Çin XİN rəhbəri ABŞ-ın mümkün müdaxiləsi ilə bağlı mövqeyini də açıqlayaraq vurğulayıb ki, Pekin beynəlxalq münasibətlərdə güc tətbiqinə və təhdidlərə, bir ölkənin iradəsinin digərlərinə zorla qəbul etdirilməsinə, eləcə də “qanunlar yox, güc hökm sürür” yanaşmasına qarşıdır. Vanq Yi bütün tərəfləri təmkinli davranmağa, sülhü qorumağa və fikir ayrılıqlarını dialoq yolu ilə həll etməyə çağırıb, Çinin bu prosesdə konstruktiv rol oynamağa hazır olduğunu qeyd edib.
İranın xarici işlər naziri Abbas Əraqçi isə ölkədəki ictimai narazılığın xarici qüvvələr tərəfindən qızışdırıldığını, lakin hazırda sabitliyin bərpa olunduğunu bildirib. O, İranın xarici müdaxiləyə hazır olduğunu, eyni zamanda dialoqa açıq qaldığını vurğulayıb. Əraqçi Çinin regional sülh və sabitlikdə daha fəal rol oynamasını dəstəklədiklərini də əlavə edib.
Qeyd edək ki, İranda 28 dekabr 2025-ci ildən etibarən milli valyutanın kəskin dəyər itirməsi və iqtisadi çətinliklər fonunda başlayan etiraz aksiyaları ölkə üzrə yayılıb. Rəsmi qurumlar ölən və yaralananlarla bağlı məlumat açıqlamasa da, ABŞ mərkəzli HRANA təşkilatı etirazlar zamanı minlərlə insanın həlak olduğunu və on minlərlə şəxsin saxlanıldığını iddia edib.
19:36 / 14 Noyabr 2026
72
19:15 / 14 Noyabr 2026
59
19:12 / 14 Noyabr 2026
71
19:05 / 14 Noyabr 2026
73
18:50 / 14 Noyabr 2026
70
18:43 / 14 Noyabr 2026
85
18:21 / 14 Noyabr 2026
604
18:09 / 14 Noyabr 2026
106
18:06 / 14 Noyabr 2026
447
18:03 / 14 Noyabr 2026
95
17:18 / 14 Noyabr 2026
173
17:15 / 14 Noyabr 2026
113
16:20 / 14 Noyabr 2026
123
16:05 / 14 Noyabr 2026
170
15:45 / 14 Noyabr 2026
127
15:27 / 14 Noyabr 2026
303
15:25 / 14 Noyabr 2026
145
15:07 / 14 Noyabr 2026
282
15:05 / 14 Noyabr 2026
146
14:44 / 14 Noyabr 2026
288
14:31 / 14 Noyabr 2026
133
14:24 / 14 Noyabr 2026
791
14:19 / 14 Noyabr 2026
136
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.