Qaynar xətt:

(+99450) 247 90 86

Ermənilərin puç olan "Rusiya və İran  ümidləri"  

news/2026_01_16/whatsapp_image_2026_01_16_at_095518_1768550037.jpeg

DÜNYA

189

16.01.2026, 11:48

Ermənilər artıq “xəyal qırıqlığı”na  uğradıqlarının fərqindədirlər və bu onları dərindən təsirləndirir. 

 2020- ci ilin 44 günlük müharibəsi ərəfəsində Rusiyaya böyük ümidlər bəsləyən Ermənistan hələ Tovuz döyüşləri zamanı elə ruhlanmışdılar ki,  əvvəlki illərdəki kimi (1992-2014) Rusiyanın hərbi gücündən və dəstəyindən yararlanaraq  yenə də üstünlük əldə edəcəklərinə  qəti şəkildə əmin idilər. 

Ermənilərin puç olan "Rusiya ümidləri"

Məlumdur ki, Rusiya elə əvvəlki illərdəki kimi ermənilərdən nə silah, nə də dəstəyini əsirgədi. Amma Azərbaycan ordusunun hazırlığı, döyüş əzmi, inadkarlığı, eyni zamanda, Azərbaycanın həm də siyasi arenada,  beynəlxalq aləmdə  haqlı olduğunu  sübut etməsi sayəsində tarixi qələbəmiz baş tutdu.

Nəinki, işğal altındakı torpaqlarımız  düşməndən azad oldu, həmçinin  32 ildən bir çox cinayətlərə imza atmış separatçı, terrorçu  ermənilər qanun qarşısında cavab verdilər. Digər ermənilər isə  Qarabağdan könüllü olaraq çıxıb getdilər.

 Ermənilər üçün faciə məğlubiyyət yox, “sülhməramlı” adı altında  Qarabağa yerləşmiş rus ordusunun  prosesə qarışa bilməməsi idi. Onlarda özlərinə qarşı bu “soyuqluğu” və müdafiə sizliyi gördükdən sonra “qardaş xəyanəti”  kəlməsini dillərinə doladılar. Daha dəqiq, artıq əvvəlki illərdəki kimi, “böyük qardaşımız” sözü əvəzinə leksikonlarına “xəyanətkar Rusiya , satqın Putin” sözlərini əlavə etdilər. Bu o demək idi ki, Ermənistan  artıq 100 ilərdir güvəndiyi,  buna görə Qafqazda istədiyi qədər qan tökməkdə  sərbəst olmayacaq.

 “Azərbaycan siyasəti Rusiyanı ələ aldı” fikrini isə Rusiya sülhməramlıları Azərbaycanı tərk etdikdən sonra ermənilərin gəldikləri qənaətdir.  Rusiyanın sonuncu addımı – Azərbaycanı tamamilə tərk etməsi , qonşularımızda 44 günlük müharibədə aldıqları zərbə və ugursuzluqdan daha ağır effekt verdi. 

Ermənilərin puç olan " İran ümidləri"

“Rusiyanın onları müdafiə edəcəyi” fikrindən əli çıxmış ermənilər bu dəfə gözlərini regionun ikinci ən böyük dövlətinə- İran İslam Respublikasına dikdilər. Xüsusən , İranın  ”Zəngəzur bizim qırmızı xəttimizdir” söylədiyi  hər açıqlamadan sonra bunu  ermənilər  ağır travmalardan sonra özlərinə təsəlli kimi qəbul edirdilər. 2021-2022-ci illərdə  bir-birindən ayrılmaz ikili olmasını hər görüş, çıxış, konfrans və  məqalələrdə sərgilədilər. 2023-cü ilin  sentyabrın birinci ongünlüyünün sonunda , daha dəqiq, 11 sentyabrdan 20-nə qədər    Ermənistanda ABŞ ilə birgə “EAGLE PARTNER 2023” hərbi təlimləri keçirdi.  İran “qardaş” Ermənistanın bu addımından incik düşdü. Çünki onun əzəli və əbədi düşməni olan  ABŞ ordusu sərhədlərinin bir addımlığında idi. İran buna cavab olaraq 11 sentyabrda  İran nümayəndə heyəti Bakıya rəsmi səfər etdi və Hərbi Qənimətlər Parkını ziyarət etdilər. 

 Təlimlər getdiyi zamanda - 2023-cü il 19 sentyabr ayında  Azərbaycanın Qarabağda baş tutan  antiterror əməliyyatı zamanı Rusiyanın Qarabağda göstərə bilmədiyi ənənəvi dəstəyi İrandan gözləsələrdə İran prosesə  seyriçi qaldı. İranın susqunluğu əslində  Ermənistanın cəzalanması idi.Düzdür, dəfələrlə İran Azərbaycana qarşı təhdid, tənqid,  hətta təhqiramiz fikirlər söylədi, hədələr göndərdi, amma bu sözdən başqa bir şey deyildi. Hazırda İranın israrla söylədiyi  “qırmızı xətti“ çoxdan cəhənnəmə vasil olub və əvəzində “Tramp yolu “ layihəsi regionda icra olunmağa hazırlanır.   

Bunu özlərinə  3-cü ən böyük itki, məğlubiyyət və uğursuzluq olduğunu  bildirən ermənilər  sarsıntılarını biruzə verməməyə çalışırlar.

Ermənilərin  "Azərbaycan arzusu" ürəklərində yara bağlayıb 

Amma, erməni iş adamı, tanınmış biznesmen və hazırda siyasətin içində olan Qarik Qazaryan  hisslərini və siyasi fikirlərini gizlətməkdə çətinlik çəkib . Beləki, o özününün siyasi analizi ilə bağlı sosial şəbəkə hesabında paylaşım edib. Paylaşımda ermənilərə əslində Ermənistanın düşdüyü durumu anlatmağa çalışıb:  

 Qarik Qazaryan yazır:

-İran hazırda Rusiyanın Qarabağda uğursuzluğundan iki dəfə çox uğursuz oldu.

Rusiyanın uğursuzluğu açıq və gözlənilən idi.Rusiya müharibəyə "sülh məramlı" kimi girdi, əslində isə öz hesablamaları var idi.

- müharibəni dayandırmadı,

- Qarabağın Ermənistanın son narazılığına (antiterror əməliyyatı) mane olmadı

- Qarabağdan həm Ermənistana, həm də Azərbaycana təzyiq vasitəsi  kimi istifadə etdi.

Bu, ucuz, amma sistemli, klassik rus siyasəti idi.

İranın uğursuzluğu strateji və tarixidir

İran illərdir ki, "Zəngəzur qırmızı xəttdir", "İsrail sərhədlərimizə yaxınlaşmayacaq" desə də , amma 44 günlük müharibədən sonra başqa müddəlar açıqlayır:

1. İsrail faktiki olaraq Azərbaycanda gücləndi,

2. İranın şimalında Türkiyə-Azərbaycan tandemi güclənib

İranın hərəkətə keçmək üçün daha geniş imkanları var idi, amma yararlanmadı. Buna görə  İran regional kommunikasiyalarla bağlı oyundan kənarda qaldı.Halbuki, İran  logistika, hərbi, siyasi səviyyələrə sahib idi və  dərhal təhlükəsizliyini təmin etməyə başlamalıydı ( Ermənilər bu fikirdədirlər ki, İran Azərbaycana hücum etməli idi )

Ancaq İranın siyasi manerası açıqlamalar  və nümayişkaranə söz oyunundan o tərəfə addım ata bilmədi. İran hərəkətə keçə bilmədi. Beləliklə, İran regional kommunikasiyalarla bağlı oyundan kənarda qaldı.

Nəticədə Rusiya Qarabağda "dəstək" kimi uduzubsa, İran öz həyati maraqlarını qoruya bilməyən regional güc kimi uduzub.

Və sonda:

Rusiya Qarabağda qalib olmaq marağında deyildi  və qalib  gəlmək istəmədiyi üçün uğursuzluq baş verdi, İran vaxtında addım atmağa qorxduğu üçün uğursuzluq oldu, əlbəttə ki, ikincisi daha təhlükəlidir, həm onun üçün, həm də bizim üçün”.

Qalib gələn qardaşlıq

 Qazaryan  və bütün ermənilər gözləyirmiş ki, İran pafosla Azərbaycanı hədə , təhdid, təhqir hədəfinə tutandan sonra mütləq Azərbaycana hərbi müdaxilə edəcək, Azərbaycanda “yerləşmiş İsraildən qorunmaq” üşün  qonşusunu bombalayacaq, işğal edib, şil-şülküt günə  qoyduğu Azərbaycanın  regiondakı  sözünü əlindən alacaq. Hətta “Tramp yolu” layihəsini  ya ləğv edəcək, ya da bu layihənin aparıcı qüvvəsi olacaq.

Təbii ki, İran kimi dövlətçilik strategiyası uzun illərə dayanan, 90 milyonluq əhalisi , dünyada 17-ci yerdə  duran 1,648,195 km²  ərazisi, ümumi şəxsi heyəti təxminən 523,000 – 534,000 nəfər olan  ordusu olan böyük bir  dövlətin  Azərbaycan kimi kiçik bir ölkəni anında işğal etmək gücü bəllidir. Amma var olsun qardaşlıq, var olsun Türkiyə! 

 Bu gün Azərbaycan dövləti və xalqı Rusiya kimi bir ayının, İran kimi bir şirin, Ermənistan kimi bir çaqqalın   pəncələrində deyilsə, demək   qardaşlığımızın qədrini bilməliyik.

Əntiqə Rəşid