Bu rayonda işıq OLMAYACAQ
15 Aprel 2026, 09:24
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
1184
16.01.2026, 11:11
Oxu24.com vəzifə tutan şəxslərlə bağlı maraqlı faktları təqdim etməkdə davam edir.
Bu dəfə təqdim edəcəyimiz mövzu Ədliyyə Nazirliyinin ən yüksək rütbəli əməkdaşı ilə bağlıdır.
Eldar Nuriyev Ədliyyə Nazirliyinin ən yaşlı əməkdaşıdır. Eyni zamanda Ədliyyə Nazirliyinin ən yüksək rütbəli əməkdaşıdır.
Eldar Nuriyev 1955-ci ildə Lənkəran şəhərində anadan olub.
1978-ci ildə Bakı Dövlət Universitetinin hüquq fakültəsini bitirmişdir. Əmək fəaliyyətinə Gəncə şəhər prokurorluğunda prokuror köməkçisi kimi başlamış, 1993-cü ildə Bakı şəhəri prokurorluğuna rəhbər işə göndərilərək Daxili işlər orqanlarında qanunların icrasına nəzarət şöbəsinin rəisi, Azərbaycan Respublikası Prezidentinin İcra Aparatı Dövlət-hüquq şöbəsində böyük məsləhətçi, Azərbaycan Respublikası Prezidentinin İcra Aparatı Hüquq mühafizə orqanları ilə iş şöbəsində böyük referent vəzifələrində çalışıb.
2000-ci ilin oktyabr ayından Azərbaycan Respublikası Baş prokurorunun müavini təyin edilmişdir. 2006-cı ilin aprel ayından 2019-cu ilin noyabr ayınadək Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Dövlət nəzarəti şöbəsinin müdiri vəzifəsində işləyib.
Həmçinin oxuyun
25 dekabr 2019-cu ildən Azərbaycan Respublikası ədliyyə nazirinin müavini təyin edilib. II dərəcəli dövlət ədliyyə müşaviri ali xüsusi rütbəsindədir.
Dövlət başçısının 3 fevral 2016-cı il tarixli Fərmanı ilə Azərbaycan Respublikası Prezidenti yanında Apelyasiya Şurasına sədr təyin edilib.
2-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni, Azərbaycan Xalq Cümhuriyyətinin, Milli Təhlükəsizlik və Xarici İşlər nazirliklərinin, Azərbaycan Ədliyyəsinin, Azərbaycan Polisinin, Azərbaycan Respublikası Prokurorluğunun 100 illiyi xatirə medalları, “Prokurorluğun fəxri işçisi”, digər döş nişanı və fəxri fərmanlarla təltif olunub.
Eldar Nuriyev ailəlidir, iki oğlan bir qız övladı var. Həyat yoldaşı "Tərəqqi" medalı ilə təltif edilən məşhur ginekoloq Afaq Abdullayevadır.
Oğlanlarından biri Dövlət Vergi Xidmətinin aparat rəhbəri digər oğlu isə Dövlət Gömrük Komitəsində Gömrük İnzibatçılığı Baş İdarəsinin rəisi vəzifəsində çalışır.
Hər iki oğlu polkovnikdir. Qızı Nigar Nuriyeva isə Prezident Administrasiyasının əməkdaşıdır.
Hazırladı: Nərmin Balacayeva
09:24 / 15 Aprel 2026
1
09:16 / 15 Aprel 2026
13
09:10 / 15 Aprel 2026
24
09:03 / 15 Aprel 2026
71
09:01 / 15 Aprel 2026
31
08:56 / 15 Aprel 2026
24
08:49 / 15 Aprel 2026
170
07:45 / 15 Aprel 2026
141
02:10 / 15 Aprel 2026
71
01:10 / 15 Aprel 2026
75
00:30 / 15 Aprel 2026
96
00:25 / 15 Aprel 2026
302
00:04 / 15 Aprel 2026
371
00:00 / 15 Aprel 2026
105
23:48 / 14 Aprel 2026
270
23:41 / 14 Aprel 2026
119
23:39 / 14 Aprel 2026
710
23:33 / 14 Aprel 2026
147
23:29 / 14 Aprel 2026
280
23:28 / 14 Aprel 2026
84
23:26 / 14 Aprel 2026
100
23:18 / 14 Aprel 2026
119
23:10 / 14 Aprel 2026
93
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.