Qaynar xətt:

(+99450) 247 90 86

Zaur Şükürov vətəndaşlarla görüşdü 

Zaur Şükürov vətəndaşlarla görüşdü 

CƏMİYYƏT

127

22.05.2026, 15:21

Milli Məclisin deputatı Zaur Şükürov Abşeron rayonunun Pirəkəşkül qəsəbəsində növbəti vətəndaş qəbulu keçirib.

Oxu24.com xəbər verir kii, Görüş zamanı qəsəbə sakinləri onları narahat edən sosial və infrastruktur məsələləri ilə bağlı deputata müraciətlər ünvanlayıblar. Sakinlər əsasən ictimai nəqliyyatın yenilənməsi, yeni uşaq bağçasının tikintisi, küçələrin işıqlandırılması, həmçinin qəsəbədaxili yolların vəziyyəti ilə bağlı problemləri diqqətə çatdırıblar.

Deputat Zaur Şükürov vətəndaşların hər bir müraciətini dinləyərək, qaldırılan məsələlərin qanunvericiliyin tələblərinə uyğun şəkildə aidiyyəti qurumlara yönləndiriləcəyini və nəzarətdə saxlanılacağını bildirib. 

Pirəkəşkül qəsəbə sakinləri göstərilən diqqətə görə deputata təşəkkür edərək, bu cür görüşlərin onların problemlərinin çatdırılması baxımından faydalı olduğunu vurğulayıblar.