Bu ərazilərdə qaz kəsiləcək
11 Noyabr 2026, 18:35
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
575
17.05.2026, 14:40
Dövlət İmtahan Mərkəzi bu gün ali təhsil müəssisələrinin magistraturalarına qəbul imtahanı (2-ci cəhd) keçirib.
Mərkəzdən Oxu24.com-a verilən məlumata görə, imtahan Bakı, Sumqayıt, Naxçıvan, Gəncə, Abşeron, Mingəçevir və Lənkəranda təşkil olunub. Bakıda müşahidə olunan hava şəraiti ilə əlaqədar imtahana müəyyən qədər gecikən şəxslərə şərait yaradılıb və onların da imtahanda iştirakı təmin olunub.
İlkin məlumatlara əsasən, 1 nəfərdə mobil telefon aşkar olunduğu üçün imtahandan xaric olunub və araşdırma aparılacaq.
Mayın 18-dən etibarən DİM-də imtahan materiallarının emalına başlanılacaq. İmtahan nəticələri 2 mərhələdə elan olunacaq. Yaxın 3 gün ərzində qapalı və cavabları kodlaşdırılan açıq tipli tapşırıqların nəticələri elan olunacaq. Yekun imtahan balı isə xarici dil fənləri üzrə esse tapşırıqları yoxlanıldıqdan sonra – 6 həftə ərzində təqdim olunacaq.
Qeyd edək ki, imtahan başa çatdıqdan sonra iştirakçılara sual kitabçalarını özləri ilə aparmağa icazə verilib.
Bu gün saat 15:00-da DİM-in “Youtube” kanalı vasitəsilə canlı yayım ediləcək və Mərkəzin məsul əməkdaşları, ekspertlər tərəfindən imtahanlarda istifadə olunmuş test tapşırıqları ilə bağlı geniş izahat veriləcək, həmçinin qapalı və kodlaşdırıla bilən açıq tipli tapşırıqların düzgün cavabları təqdim olunacaq.
18:39 / 11 Noyabr 2026
3
18:35 / 11 Noyabr 2026
28
18:30 / 11 Noyabr 2026
76
18:29 / 11 Noyabr 2026
70
18:23 / 11 Noyabr 2026
60
18:17 / 11 Noyabr 2026
116
18:13 / 11 Noyabr 2026
92
18:06 / 11 Noyabr 2026
426
18:01 / 11 Noyabr 2026
73
17:42 / 11 Noyabr 2026
203
17:40 / 11 Noyabr 2026
150
17:35 / 11 Noyabr 2026
221
17:16 / 11 Noyabr 2026
95
17:13 / 11 Noyabr 2026
191
17:12 / 11 Noyabr 2026
98
16:35 / 11 Noyabr 2026
110
16:07 / 11 Noyabr 2026
160
16:04 / 11 Noyabr 2026
359
16:01 / 11 Noyabr 2026
125
16:00 / 11 Noyabr 2026
104
15:50 / 11 Noyabr 2026
121
15:50 / 11 Noyabr 2026
130
15:40 / 11 Noyabr 2026
112
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.